Понедельник, 06.05.2024, 23:41
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Август » 25

APA-nın Cənub bürosunun məlumatına görə, görüşdə İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev və rayonun pedaqoji kollektivi iştirak edib. Əvvəlcə tələbə adını qazanan abituriyentlər və rayon ziyalıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Sonra tədbir iştirakçıları Heydər Əliyev mərkəzində olublar.
          
İcra Hakimiyyətinin konfrans zalında davam edən tədbiri giriş sözü ilə açan icra başçısı Qəzənfər Ağayev ali təhsil ocaqlarına daxil olan tələbələri təbrik edib. Onun sözlərinə görə, 11 nəfərin 600-dən, 39 nəfərin isə 500-dən çox bal toplaması ölkə başçısı İlham Əliyevin düşünülmüş siyasətinin nəticəsidir. ... Читать дальше »
Просмотров: 260 | Добавил: apacenub | Дата: 25.08.2011 | Комментарии (0)


Cənub bölgəsində 9 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün 1721 abituriyent ərizə təqdim edib.

Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Lənkəran Regional Bölməsinin sədri Əbdüləhəd Bağırov məlumat verilib.

O bildirib ki, imtahanlara hazırlıq prosesi artıq başa çatıb. ... Читать дальше »
Просмотров: 299 | Добавил: apacenub | Дата: 25.08.2011 | Комментарии (0)


Bu il Lənkəran rayon orta məktəblərindən ali məktəblərə qəbulla bağlı sənəd verən 937 məzunun 378 nəfəri tələbə adını qazanıb.

Bu barədə Lənkəran rayon Təhsil şöbəsinin müdir müavini Güloğlan Bağırov məlumat verib.

Onun sözlərinə görə, ali təhsil ocaqlarına qəbul olunanlardan 13-ü 600-dən, 44-ü 500-dən yuxarı nəticə göstərib. Ötən il isə şagirdlərin 326-sı qəbul olunub ki, onlardan da 5-i 600-dən yuxarı, 45-i 500-dən yuxarı bal toplayıb. ... Читать дальше »
Просмотров: 301 | Добавил: apacenub | Дата: 25.08.2011 | Комментарии (0)


Unibank Premyer Liqasının III turunda "Turan”la oyun 2 futbolçunun ilk dəfə "Xəzər Lənkəran”ın heyətində qol vurması ilə əlamətdar olub.


Lent.az-ın Lənkəran klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, "dubl” müəllifi Branimir Subaşiçlə matçdakı son qolu vuran Rikardo Qomeş "ağ-yaşıllar”ın heyətində qol hesabını açıblar.
... Читать дальше »
Просмотров: 251 | Добавил: apacenub | Дата: 25.08.2011 | Комментарии (0)




Masallının Köhnə Alvadı kəndində ikimərtəbəli evdə yanğın baş verib.

Masallı rayonunun Köhnə Alvadı kəndində 8 otaqlı 2 mərtəbəli evdə bilinməyən səbəbdən yanğın olub.

Ümumi sahəsi 330 kv.m olan evdə baş verən yanğın zamanı evin yanar konstruksiyaları 16 kv.m sahədə yanıb.

Hadisə zamanı xəsarət alan olmasa evə ziyan dəyib.
Просмотров: 251 | Добавил: apacenub | Дата: 25.08.2011 | Комментарии (0)


Dünən axşam və bu gecə yağan yağıntılar nəticəsində Lənkəranda aylıq normanın 140 faizi (73 mm), Astarada 60 faizi (50 mm), Şamaxıda 112 faizi (28 mm), Yardımlıda 56 faizi (24 mm), Qəbələdə, Salyanda 250 faizi miqdarında yağıntı düşüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə rəisi Gülşad Məmmədovanın APA-ya verdiyi məlumata görə, Altıağacda 7 mm, Göyçayda 6 mm, Biləsuvarda 3 mm, İmişli, Cəfərxan, Göygöldə 1 mm, Daşkəsən, Şəki, Mingəçevir, Yevlaxda 0,4-0,7 mm yağıntı düşüb. Sumqayıtda 15 mm yağıntı düşüb, bu da aylıq yağıntının 188 faizini təşkil edib.
... Читать дальше »
Просмотров: 266 | Добавил: apacenub | Дата: 25.08.2011 | Комментарии (0)


Lənkəran şəhəri, Heydər Əliyev prospekti, 46 ünvanında yerləşən birmərtəbəli, 16 mənzilli yaşayış binası qəza vəziyyətinə düşüb.
... Читать дальше »
Просмотров: 247 | Добавил: apacenub | Дата: 25.08.2011 | Комментарии (0)

Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Август 2011  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031