Понедельник, 06.05.2024, 14:17
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Август » 25 » Masallıda 238 nəfər ali məktəbin tələbəsi adını qazanıb
17:06
Masallıda 238 nəfər ali məktəbin tələbəsi adını qazanıb

APA-nın Cənub bürosunun məlumatına görə, görüşdə İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev və rayonun pedaqoji kollektivi iştirak edib. Əvvəlcə tələbə adını qazanan abituriyentlər və rayon ziyalıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Sonra tədbir iştirakçıları Heydər Əliyev mərkəzində olublar.
          
İcra Hakimiyyətinin konfrans zalında davam edən tədbiri giriş sözü ilə açan icra başçısı Qəzənfər Ağayev ali təhsil ocaqlarına daxil olan tələbələri təbrik edib. Onun sözlərinə görə, 11 nəfərin 600-dən, 39 nəfərin isə 500-dən çox bal toplaması ölkə başçısı İlham Əliyevin düşünülmüş siyasətinin nəticəsidir.

Rayon təhsil şöbəsinin müdiri Astan İbişov Masallı rayonunun 2010-2011-ci tədris ilini uğurla başa vurduğunu deyib. O bildirib ki, ali məktəblərə 238 abituriyent uğurla imtahan verərək tələbə adını qazanıb.

Qeyd edək ki, ən yüksək bal toplamış tələbələrə rayon İcra Hakimiyyəti tərəfindən təqaüd ayrılıb. Sonda yüksək balla tələbə adını qazanmış məzunlara Masallı RİH-nin fəxri-fərmanları və pul mükafatları təqdim olunub.
Просмотров: 260 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Август 2011  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031