Понедельник, 06.05.2024, 21:13
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Август » 25 » Cənub bölgəsində orta ixtisas məktəblərinə 1721 abituriyent ərizə verib
16:57
Cənub bölgəsində orta ixtisas məktəblərinə 1721 abituriyent ərizə verib


Cənub bölgəsində 9 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün 1721 abituriyent ərizə təqdim edib.

Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Lənkəran Regional Bölməsinin sədri Əbdüləhəd Bağırov məlumat verilib.

O bildirib ki, imtahanlara hazırlıq prosesi artıq başa çatıb.

"İmtahanların keçirilməsi üçün rayonda dörd imtahan mərkəzi müəyyən edilib. İmtahanlara 180 nəzarətçi cəlb olunub. Cənub bölgəsində orta ixtisas təhsili müəssisələrinə sənəd verən abituriyentlər Cəlilabad, Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı rayonlarının ümumtəhsil məktəblərinin şagirdləridir. Sənəd təqdim edən abituriyentlərin ən çoxu Lənkəranın, ən azı isə Lerik rayonunun payına düşür

Bildirək ki, orta ixtisas təhsili müəssisələrinə imtahan avqustun 28-də keçiriləcək.
Просмотров: 299 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Август 2011  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031