Вторник, 07.05.2024, 03:27
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Август » 25 » Azərbaycan ərazisində avqustun 29-dək qeyri-sabit hava şəraiti proqnozlaşdırılır
16:23
Azərbaycan ərazisində avqustun 29-dək qeyri-sabit hava şəraiti proqnozlaşdırılır

Dünən axşam və bu gecə yağan yağıntılar nəticəsində Lənkəranda aylıq normanın 140 faizi (73 mm), Astarada 60 faizi (50 mm), Şamaxıda 112 faizi (28 mm), Yardımlıda 56 faizi (24 mm), Qəbələdə, Salyanda 250 faizi miqdarında yağıntı düşüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə rəisi Gülşad Məmmədovanın APA-ya verdiyi məlumata görə, Altıağacda 7 mm, Göyçayda 6 mm, Biləsuvarda 3 mm, İmişli, Cəfərxan, Göygöldə 1 mm, Daşkəsən, Şəki, Mingəçevir, Yevlaxda 0,4-0,7 mm yağıntı düşüb. Sumqayıtda 15 mm yağıntı düşüb, bu da aylıq yağıntının 188 faizini təşkil edib.
Maştağada aylıq yağıntının 150 faizi, Bakıda isə 117 faizi miqdarında yağıntı düşüb. Avqustun 23-24-də düşən yağıntılarla əlaqədar olaraq Balakən və Şəkinin bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçib.

G. Məmmədova deyib ki, yaxın iki gün ərzində Bakıda bəzi yerlərdə yağış yağacağı, mülayim şimal-qərb küləyinin üstünlük təşkil edəcəyi gözlənilir. Temperatur gecə saatlarında 18-21, gündüz isə 22-27 dərəcə isti təşkil edəcək. Avqustun 28-də Bakıda dəyişkən buludlu, əsasən yağmursuz hava şəraitinin olacağı gözlənilir. Azərbaycanın bölgələrində isə avqustun 29-dək qeyri-sabit hava şəraitinin davam edəcəyi proqnozlaşdırılır. Belə ki, arabir yağış yağacağı, bəzi yerlərdə yağıntıların lokal leysan xarakterli və intensiv olacağı ehtimal olunur.
Просмотров: 267 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Август 2011  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031