Вторник, 07.05.2024, 06:29
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Август » 25 » “Xəzər Lənkəran”da növbəti əlamətdar olay
16:46
“Xəzər Lənkəran”da növbəti əlamətdar olay

Unibank Premyer Liqasının III turunda "Turan”la oyun 2 futbolçunun ilk dəfə "Xəzər Lənkəran”ın heyətində qol vurması ilə əlamətdar olub.


Lent.az-ın Lənkəran klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, "dubl” müəllifi Branimir Subaşiçlə matçdakı son qolu vuran Rikardo Qomeş "ağ-yaşıllar”ın heyətində qol hesabını açıblar.


Bununla da "Xəzər Lənkəran”da qol vuran oyunçuların ümumi sayı 68-ə çatıb. Bunlardan 42-si legionerdir. Rikardo qol vuran 42-ci legioner və 7-ci braziliyalıdır. Ona qədər Denis Silva 3, Dieqo Qusmao Souza 4, Junior Osvaldo 11, Kristian Martins Kabral 2, Mario Souza 26, Romulo Silvano 8 qola imza atmışdı. Bir sözlə, 7 braziliyalı snayperin ifasında 55-ci qol tovuzlularla matçda vurulub.

Subaşiç isə həmyerlisi – 3 qol vurmuş Marinko Petroviçdən sonra komandada fərqlənən 2-ci serbiyalı olub. Hücumçu "Xəzər Lənkəran”ın tarixində 59-cu, ölkə çempionatlarında isə 39-cu "dubl”unun müəllifi olub. O, "ağ-yaşıl” formada 1 matçda 2 qol vuran 30-cu oyunçu kimi tarixə düşüb.
Просмотров: 252 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Август 2011  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031