Вторник, 07.05.2024, 06:21
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Август » 25 » Lənkəranda 16 mənzilli yaşayış binası qəza vəziyyətinə düşüb, 66 nəfər evakuasiya olunub
16:11
Lənkəranda 16 mənzilli yaşayış binası qəza vəziyyətinə düşüb, 66 nəfər evakuasiya olunub

Lənkəran şəhəri, Heydər Əliyev prospekti, 46 ünvanında yerləşən birmərtəbəli, 16 mənzilli yaşayış binası qəza vəziyyətinə düşüb.


APA-nın Cənub bürosunun məlumatına görə, Lənkəran şəhər İcra Hakimiyyətinin fövqəladə hallar komissiyası üzvlərinin və Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin mütəxəssislərinin birgə iştirakı ilə keçirilən baxışdan sonra binanın sakinlərinin köçürülməsi prosesinə başlanıb. Lənkəran fövqəladə hallar üzrə komissiyanın sədr müavini Möhübbət Babayev APA-nın yerli bürosuna verdiyi açıqlamasında 66 nəfərlik 16 ailənin icra hakimiyyətinin vəsaiti hesabına müvəqqəti olaraq kirayə evlərə köçürüldüyünü bildirib.

Qeyd edək ki, sözü gedən bina 1929-cu ildə tikilib və Nərimanabad balıq konserv zavodunun balansındadır. Binanın uzun müddət qəzalı vəziyyətdə olması barədə dəfələrlə aidiyyatı orqanlara müraciətlər olunsa da, konkret ölçü götürülməyib: "1950-ci illərdə binadan Lənkəranda dəmir yolu xətti çəkən alman əsirlərinin yataqxanası kimi istifadə olunub. 2003-cü ildən Lənkəran Balıq Konserv kombinatının balansına verilib. Binanın təmir olunması məqsədilə Nazirlər Kabinetinə və digər aidiyyəti qurumlara müraciət hazırlanır” – deyə, M.Babayev qeyd edib.
Просмотров: 248 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Август 2011  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031