Воскресенье, 28.04.2024, 21:59
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Сентябрь » 18

Bu gün saat 15 radələrindən Lənkəran rayonunun dağətəyi yaşayış məntəqələrinə yağan leysan fəsadlar törədib.


Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Rvo ərazi vahidliyi üzrə nümayəndəsi Oruc Şərbətovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, dağ çaylarından axan sel suları Lerik rayonu ilə həmsərhəd olan Təngivan kəndində 20-yə yaxın fərdi yaşayış evini basıb. Sel hələlik kənddən keçən Lənkəran-Lerik şose yoluna ciddi zərər vurmayıb.
... Читать дальше »
Просмотров: 249 | Добавил: apacenub | Дата: 18.09.2011 | Комментарии (0)


Azərbaycanın eks-prezidenti, Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Ayaz Mütəllibov bu gün Rusiyaya qayıdıb.


ASDP-nin həmsədri Araz Əlizadənin APA-ya verdiyi məlumata görə, eks-prezident bu gün səhər Bakı-Moskva təyyarə reysi ilə Rusiyaya dönüb. A. Əlizadə deyib ki, Ayaz Mütəllibovun toxunulmazlığına təminat oğlunun 40 mərasiminin başa çatmasına qədər verilib. Həmin vaxt qurtardığına görə sentyabrın 18-də Rusiyaya qayıdıb: "Ayaz müəllimin geriyə qayıtması "Eks-prezidentlər haqqında” qanunun qəbulundan asılıdır”.
... Читать дальше »
Просмотров: 436 | Добавил: apacenub | Дата: 18.09.2011 | Комментарии (0)


Dünən Unibank Premyer-Liqasının 6-cı turunun üç oyunu keçirilib. Mərkəzi görüş "Qarabağ"la "Xəzər Lənkəran" arasında olub.

Qarşılaşma Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçirilib. Matç 1:0 hesabı ilə lənkəranlıların xeyrinə başa çatıb. Yeganə qolu 40-cı dəqiqədə Adrian Pit vurub. 62-ci dəqiqədə "Xəzər Lənkəran" və Azərbaycan milli komandasının futbolçusu Elnur Allahverdiyev meydandan qovulub. "Xəzər Lənkəran" beşinci qələbəsini qazanıb və liderliyini inamla davam etdirir.

"Simurq" Zaqatalada 5 turdan sonra turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan "Kəpəz"i qəbul edib. Buna baxmayaraq, gəncəlilər meydan sahiblərinə məğlub olmaqdan qaça bilməyib. "Simurq" 4:2 hesabı ilə qələbə qazanıb. ... Читать дальше »

Просмотров: 224 | Добавил: apacenub | Дата: 18.09.2011 | Комментарии (0)


Lənkəran şəhərində bədbəxt hadisə baş verib.


Şəhər Polis Şöbəsinin növbətçi hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə bu gün saat 12.00 radələrində şəhərin Hənifə Abdullayev küçəsi - 11 ünvanında qeydə alınıb. 2009-cu il təvəllüdlü Rza Zahid oğlu Heydərov beşmərtəbəli binanın sonuncu mərtəbəsinin balkonundan yerə düşərək dünyasını dəyişib. Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
Просмотров: 244 | Добавил: apacenub | Дата: 18.09.2011 | Комментарии (0)


Cəlilabad rayonunda qətl hadisəsi baş verib.


APA-nın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, bu gün Cəlilabad rayonunun Alar kənd sakini Qabil Nəsirov həmin kənddə yaşayan, qızı Əfsanənin evində olarkən ona, əri Rəhim Nağıyevə, qohumları Qəribəli Əzimova, Gülnar Əzimovaya, Elmira Süleymanovaya, Mahir Nağıyevə və onun oğlu Kənana bıçaqla xəsarət yetirib. Əfsanə aldığı xəsarətdən hadisə yerində ölüb. Digər şəxslər isə xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır.
... Читать дальше »
Просмотров: 249 | Добавил: apacenub | Дата: 18.09.2011 | Комментарии (0)

Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Сентябрь 2011  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
2627282930