Понедельник, 29.04.2024, 07:53
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Сентябрь » 18 » Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov Rusiyaya qayıdıb
12:09
Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov Rusiyaya qayıdıb

Azərbaycanın eks-prezidenti, Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Ayaz Mütəllibov bu gün Rusiyaya qayıdıb.


ASDP-nin həmsədri Araz Əlizadənin APA-ya verdiyi məlumata görə, eks-prezident bu gün səhər Bakı-Moskva təyyarə reysi ilə Rusiyaya dönüb. A. Əlizadə deyib ki, Ayaz Mütəllibovun toxunulmazlığına təminat oğlunun 40 mərasiminin başa çatmasına qədər verilib. Həmin vaxt qurtardığına görə sentyabrın 18-də Rusiyaya qayıdıb: "Ayaz müəllimin geriyə qayıtması "Eks-prezidentlər haqqında” qanunun qəbulundan asılıdır”.


Qeyd edək ki, Ayaz Mütəllibovun 49 yaşlı oğlu Azad Mütəllibov bu il avqustun 8-də vəfat edib. Ayaz Mütəllibov oğlunun dəfnində iştirak etmək üçün həmin gün Moskvadan Azərbaycana gəlib. Onun toxunulmazlığına Azərbaycan hökuməti səviyyəsində təminat verilib. Azad Mütəllibovun 40 mərasimi sentyabrın 15-də keçirilib.
Просмотров: 437 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Сентябрь 2011  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
2627282930