Понедельник, 29.04.2024, 00:38
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Сентябрь » 18 » "Xəzər Lənkəran" "Qarabağ"ı məğlub edərək Premyer-Liqadakı liderliyini möhkəmləndirib
12:04
"Xəzər Lənkəran" "Qarabağ"ı məğlub edərək Premyer-Liqadakı liderliyini möhkəmləndirib


Dünən Unibank Premyer-Liqasının 6-cı turunun üç oyunu keçirilib. Mərkəzi görüş "Qarabağ"la "Xəzər Lənkəran" arasında olub.

Qarşılaşma Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçirilib. Matç 1:0 hesabı ilə lənkəranlıların xeyrinə başa çatıb. Yeganə qolu 40-cı dəqiqədə Adrian Pit vurub. 62-ci dəqiqədə "Xəzər Lənkəran" və Azərbaycan milli komandasının futbolçusu Elnur Allahverdiyev meydandan qovulub. "Xəzər Lənkəran" beşinci qələbəsini qazanıb və liderliyini inamla davam etdirir.

"Simurq" Zaqatalada 5 turdan sonra turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan "Kəpəz"i qəbul edib. Buna baxmayaraq, gəncəlilər meydan sahiblərinə məğlub olmaqdan qaça bilməyib. "Simurq" 4:2 hesabı ilə qələbə qazanıb. "Simurq"un qollarını 6-cı dəqiqədə Robertas Poşkus, 33 və 70-ci dəqiqələrdə Yevgeni Şmakov, 80-ci dəqiqədə Tofiq Mikayılov vurub. Qonaqların heyətində isə 20-ci dəqiqədə Yuri Fomenko, 78-ci dəqiqədə Armand Feutçine fərqləniblər . Oyunda üç qırmızı vərəqə göstərilib - 44-cü dəqiqədə Razvan Tarlea, 66-cı dəqiqədə İlham Qırtımov, 72-ci dəqiqədə isə Ceyhun Sultanov meydandan qovulublar.

Günün son matçı isə Şüvəlanda oynanılıb. AZAL "İnter"i qəbul edib. Georgi Boqyunun 46-cı dəqiqədəki qoluna, qonaqlar 86-cı dəqiqədə Vladimir Levinin topuyla cavab verib və qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Bu gün turun daha üç matçı keçiriləcək: "Turan" - "Bakı" (başlama saatı - 16:00), "Rəvan" - "Sumqayıt Şəhər" (17:00), "Neftçi" - "Qəbələ" (18:30).
 
Turnir cədvəli:
 
1.      "Xəzər Lənkəran" - 16 xal (6 oyun)
2.      "Qəbələ" - 11 (5)
3.      "İnter" - 10 (6)
4.      "Kəpəz" - 9 (6)
5.      "Bakı" - 8 (5)
6.      AZAL – 8 (6)
7.      "Qarabağ" - 7 (5)
8.      "Neftçi" - 6 (4)
9.      "Turan" - 6 (5)
10.   "Simurq" - 5 (6)
11.   "Rəvan" - 2 (5)
12.   "Sumqayıt Şəhər" - 1 (5)
Просмотров: 225 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Сентябрь 2011  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
2627282930