Понедельник, 29.04.2024, 02:56
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Сентябрь » 18 » Güclü leysan nəticəsində Lənkəran rayonunun Təngivan kəndində 20 evi su basıb
17:18
Güclü leysan nəticəsində Lənkəran rayonunun Təngivan kəndində 20 evi su basıb

Bu gün saat 15 radələrindən Lənkəran rayonunun dağətəyi yaşayış məntəqələrinə yağan leysan fəsadlar törədib.


Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Rvo ərazi vahidliyi üzrə nümayəndəsi Oruc Şərbətovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, dağ çaylarından axan sel suları Lerik rayonu ilə həmsərhəd olan Təngivan kəndində 20-yə yaxın fərdi yaşayış evini basıb. Sel hələlik kənddən keçən Lənkəran-Lerik şose yoluna ciddi zərər vurmayıb.


Lerik Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov isə APA-nın yerli bürosuna bildirib ki, təbii fəlakətin miqyasının genişlənməsinin qarşısını almaqdan ötrü rayondan hadisə yerinə texnika və canlı qüvvə göndərilib.

Hazırda leysan davam edir.
Просмотров: 250 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Сентябрь 2011  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
2627282930