Вторник, 30.04.2024, 07:12
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Май » 12
Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkəmizdə səfərdə olan ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi xanım Dunya Miyatoviçi qəbul edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, görüşdə R. Usubov DİN-in funksiyası və fəaliyyət istiqamətləri barədə qonağa məlumat verib, Azərbaycan polisinin 90-cı illərin sonlarından başlayaraq insan hüquq və azadlıqlarının önə çəkildiyi, beynəlxalq ekspertlərin iştirakı ilə işlənib hazırlanmış və qəbul olunmuş yeni qanunlar əsasında fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Daha sonra ATƏT ilə Azərbaycan Daxili İşlər Nazirliyi arasındakı əməkdaşlığa dair məlumat verilib. Qeyd olunub ki, təşkilatın Bakı Ofisinin yarandığı 1999-cu ildən etibarən nazirlik digər hüquq-mühafizə orqanları kimi regionda və respublikada təhlükəsizliyin, insan hüquq və azadlıqlarının təmin edilməsi, ictimai asayişin qorunması, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizənin daha da səmərəli aparılması məqsədilə AT ... Читать дальше »
Просмотров: 246 | Добавил: apacenub | Дата: 12.05.2011 | Комментарии (0)

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin binasında bu qurumun Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) “Yanğın təhlükəsizliyi: qarşıda duran vəzifələr və onların həlli yolları” mövzusunda regional müşavirə keçirib. APA-nın cənub bürosunun məlumatına görə, bölgə sahibkarlarının iştirak etdiyi tədbirdə FHN-nin Cənub Regional Mərkəzinin Dövlət Yanğından Mühafizə İdarəsinin rəisi Əşrəf Rəfiyev yanğın təhlükəsizliyi haqqında, həmçinin müzakirə olunan mövzu ilə bağlı hüquqi-normativ sənədlər barəsində ətraflı söz açıb. Daha sonra FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin yanğına qarşı təbliğat şöbəsinin rəisi Hikmət Xudiyevin və həmin xidmətin əməkdaşı Elçin Hüseynovun “Müəssisə və təşkilatlarda dövlət yanğın nəzarətinin təşkili”. “Yanğın təhlükəsizliyi ilə əlaqədar müəssissələrin hüquq və vəzifələri”, “Müəssisə və təşkilatlarda yanğına qarşı təbliğat işinin təşkil olunması” mövzusunda məruzələri dinlənilib. Qeyd olunub ki, müəssisə və təşkilatlarda, habelə sahibkarl ... Читать дальше »
Просмотров: 275 | Добавил: apacenub | Дата: 12.05.2011 | Комментарии (0)

Aprel ayında Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; faks: 496-37-61; e-mail ünvanı: qaynar-xett@edu.gov.az) 1824 müraciət daxil olub. Nazirlikdən Modern.az-a verilən məlumata görə, müraciətlərin 1693-ü telefonla, 131-i elektron poçt vasitəsi ilə qəbul edilib. Əksəriyyəti (1655 müraciət) sorğu və məlumat xarakterli olan müraciətlərin 198-də təhsil müəssisələrində yol verilmiş nöqsanlardan bəhs olunur. Müraciətlərin əksər hissəsi ümumtəhsil məktəblərinə, digər bir qismi məktəbəqədər təhsil, ali və orta ixtisas təhsili, məktəbdənkənar tərbiyə, texniki peşə təhsili müəssisələrinə, eləcə də xaricdə təhsil məsələlərinə aiddir. Sorğu xarakterli müraciətlər ölkə və beynəlxalq fənn olimpiadaları, təhsil sisteminin maliyyələşdirilməsi, xaricdə təhsil, əlavə təhsil, ayrı-ayrı təhsil pillələrinə qəbul, ümumtəhsil məktəblərinin buraxılış siniflərində, ali və orta ixtisas təhsili sistemində yeni qiymətləndirmə sistemi, təhsil sənədlərinin alınması, nostrifik ... Читать дальше »
Просмотров: 306 | Добавил: apacenub | Дата: 12.05.2011 | Комментарии (0)



Hər il may ayının üçüncü bazar günündə QİÇS-dən dünyasını dəyişmiş insanların ümumdünya xatirə günü keçirilir. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, həmin gün Azərbaycanda da qeyd ediləcək. Mayən 14-də Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən dövlət, beynəlxalq, qeyri-hökumət və dini təşkilatların iştirakı ilə «Unutmayaq və QİÇS-ə qarşı birləşək» şüarı altında dəyirmi masa keçiriləcək. Xatirə gününün keçirilməsi cəmiyyətin diqqətini bu problemə cəlb etmək, İİV/QİÇS-lə yaşayan insanlara qarşı stiqma və diskriminasiyanı aradan qaldırmaq, ictimaiyyətə İİV/QİÇS haqqında düzgün informasiya çatdırmaq məqsədi daşıyır.

Qeyd edək ki, xatirə günü ilk dəfə 1983-cü ildə San-Fransisko şəhərində QİÇS problemini şəxsən yaşayan və ondan ciddi narahat olan insanlar tərəfindən təsis olunub və keçi ... Читать дальше »
Просмотров: 519 | Добавил: apacenub | Дата: 12.05.2011 | Комментарии (4)

Türkiyədə dəhşətli olay yaşanıb. “Habertürk.com” saytının verdiyi məlumata görə, Samsun vilayətinin Vəzirkörpü rayonunun bir kəndində yaşayan 14 yaşlı G.Ş. bir müddət əvvəl 41 yaşlı atası A.Ş.-nin cinsi təcavüzünə məruz qalıb. Təcavüzdən sonra uşağa qalan G.Ş. bunu yaxınlarından uzun müddət gizlətməyi bacarıb. Bazar ertəsi qarın ağrısı şikayəti ilə əmisi və əmisi arvadı tərəfindən Vəzirkörpü Rayon Xəstəxanasına gətirilən G.Ş. burada müayinədən keçməyi gözləyən vaxt təkbaşına tualetə gedib. Gənc qızın uzun müddət tualetdən çıxmaması və içəridən körpə səsi gəlməsi sonucunda həkimlər tualetə giriblər. Həkimlər G.Ş.-nin uşaq dünyaya gətirdiyini və həmin körpə qızı boğmağa çalışdığını görüblər. Dərhal polisə xəbər verilib. G.Ş. ifadəsində atası A.Ş.-nin onu zorladığınıı bildirib. O və körpəsi xəstəxanada müalicə olunmaq üçün saxlanılıb. Saxlanılan bədnam ata da ifadəsi alındıqdan sonra həbs edilib. A.Ş.-nin ilk arvadının bir müddət əvvəl vəfat etdiyi, daha sonra başqa bir qadınla evləndiy ... Читать дальше »
Просмотров: 287 | Добавил: apacenub | Дата: 12.05.2011 | Комментарии (0)

Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Май 2011  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031