Вторник, 30.04.2024, 05:34
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Май » 12 » FHN yanğın təhlükəsizliyi tədbirləri ilə əlaqədar Lənkəranda sahibkarlar üçün regional müşavirə keçirib
20:23
FHN yanğın təhlükəsizliyi tədbirləri ilə əlaqədar Lənkəranda sahibkarlar üçün regional müşavirə keçirib
Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin binasında bu qurumun Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) “Yanğın təhlükəsizliyi: qarşıda duran vəzifələr və onların həlli yolları” mövzusunda regional müşavirə keçirib. APA-nın cənub bürosunun məlumatına görə, bölgə sahibkarlarının iştirak etdiyi tədbirdə FHN-nin Cənub Regional Mərkəzinin Dövlət Yanğından Mühafizə İdarəsinin rəisi Əşrəf Rəfiyev yanğın təhlükəsizliyi haqqında, həmçinin müzakirə olunan mövzu ilə bağlı hüquqi-normativ sənədlər barəsində ətraflı söz açıb. Daha sonra FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin yanğına qarşı təbliğat şöbəsinin rəisi Hikmət Xudiyevin və həmin xidmətin əməkdaşı Elçin Hüseynovun “Müəssisə və təşkilatlarda dövlət yanğın nəzarətinin təşkili”. “Yanğın təhlükəsizliyi ilə əlaqədar müəssissələrin hüquq və vəzifələri”, “Müəssisə və təşkilatlarda yanğına qarşı təbliğat işinin təşkil olunması” mövzusunda məruzələri dinlənilib. Qeyd olunub ki, müəssisə və təşkilatlarda, habelə sahibkarlıq kollektivlərində elektrik enerjisindən və təbii qazdan istifadə zamanı yanğın təhlükəsizliyinin tələbləri pozulduğu halda dərhal FHN-nin müvafiq qurumları xəbərdar olunmalıdır. Bundan əlavə, yanğın, zəhərlənmə və partlayışın qarşısının əvvəlcədən alınması üçün təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin, ticarət, ictimai iaşə obyektlərinin, yaşayış binalarının, fərdi evlərin yanğın təhlükəsizliyi daha ciddi şəkildə nəzarətə götürülməli, vətəndaşların yanğın təhlükəsizliyi qaydalarına dair maarifləndirilməsi işinin səmərəsi artırılmalıdır. Bu işdə bütün idarə, müəssisə və təşkilatların kollektivi, eləcə də vətəndaşlar yanğından mühafizə xidməti əməkdaşlarına birgə köməklik göstərməlidir. Müşavirənin sonunda sahibkarlar üçün yanğın təhlükəsizliyi qaydarını təbliğ edən foto-slayd nümayiş etdirilib və onlara “Ticarət şəbəkələrində yanğın təhlükəsizliyi qaydaları” adlı kitabça paylanıb. Günün ikinci yarısında isə müşavirə çərçivəsində sahibkarlara dövlət yanğın nəzarəti işinin mühüm istiqamətlərindən olan yanğının texniki müayinəsinin aparılması qaydası ilə tanış olmaq üçün bir neçə müəssisədə maarifləndirmə işi aparılıb.
Просмотров: 275 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Май 2011  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031