Вторник, 30.04.2024, 07:29
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Май » 12 » Son 3 ildə Azərbaycanda 773 polis əməkdaşı cəzalandırılıb
20:53
Son 3 ildə Azərbaycanda 773 polis əməkdaşı cəzalandırılıb
Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkəmizdə səfərdə olan ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi xanım Dunya Miyatoviçi qəbul edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, görüşdə R. Usubov DİN-in funksiyası və fəaliyyət istiqamətləri barədə qonağa məlumat verib, Azərbaycan polisinin 90-cı illərin sonlarından başlayaraq insan hüquq və azadlıqlarının önə çəkildiyi, beynəlxalq ekspertlərin iştirakı ilə işlənib hazırlanmış və qəbul olunmuş yeni qanunlar əsasında fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Daha sonra ATƏT ilə Azərbaycan Daxili İşlər Nazirliyi arasındakı əməkdaşlığa dair məlumat verilib. Qeyd olunub ki, təşkilatın Bakı Ofisinin yarandığı 1999-cu ildən etibarən nazirlik digər hüquq-mühafizə orqanları kimi regionda və respublikada təhlükəsizliyin, insan hüquq və azadlıqlarının təmin edilməsi, ictimai asayişin qorunması, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizənin daha da səmərəli aparılması məqsədilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Bakı ofisi və qonşu ölkələrdə yerləşən missiyaları, onların rəhbərləri ilə sıx əməkdaşlıq və dostluq əlaqələri yaradıb, aparılan islahatlar nəticəsində polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində bir çox layihələr həyata keçirilib. Hazırda ATƏT-in Bakı Ofisinin dəstəyi ilə 4 istiqamətdə - insan alverinə qarşı mübarizə, ictimai toplaşmaların idarə olunması, korrupsiyaya qarşı mübarizə sahələrində və “Cəmiyyət dəstəkli polis” layihələri həyata keçirilməkdədir. Daxili işlər naziri R. Usubov qeyd edib ki, orqan və hissələrdə qanunçuluğun vəziyyəti mütəmadi olaraq təhlil edilir, ümumiləşdirilir, hüquqazidd hərəkətlərə, polisin adına ləkə gətirən əməkdaşlara qarşı Daxili İşlər Orqanlarında xidmətdən xaric edilməyə, hətta cinayət məsuliyyətinə cəlb olunmağadək prinsipial ölçülər götürülür: “Bu da bir reallıqdır ki, uzun müddət totalitar rejimin mövcud olduğu şəraitdə fəaliyyət göstərmiş mürəkkəb strukturlu, çoxminli kollektivi olan bir dövlət qurumunu qısa zaman kəsiyində Avropa və dünyanın qabaqcıl ölkələrindəki ən müasir standartlar səviyyəsinə qaldırmaq o qədər də asan deyil. Daxili İşlər Nazirliyi buna tədricən nail olmaqla bərabər, hər cür neqativ təzahürlərə qarşı mübarizəni əzmlə davam etdirir və hər belə fakt üzrə qanunla müəyyən edilmiş ən ciddi tədbirlərin görülməsində maraqlıdır. Təkcə son 3 ildə və bu ilin birinci rübündə vətəndaşlarla kobud rəftar etdiklərinə, onların hüquq və azadlıqlarını pozduqlarına görə 773 əməkdaş cəzalandırılıb. Onlardan 12-si cinayət məsuliyyətinə cəlb olunub, 50 nəfər Daxili İşlər Orqanlarından xaric edilib, 68 nəfər tutduğu vəzifədən azad edilib”. Dunya Miyatoviç bütövlükdə Azərbaycanda görülmüş işləri müsbət qiymətləndirib. Polis-media münasibətlərinə toxunan qonaq jurnalistlərin normal və təhlükəsiz şəraitdə fəaliyyət göstərmələrinin vacibliyini xüsusilə qeyd edib, bu istiqamətdə polis orqanları tərəfindən həyata keçirilən tədbirlərdən razı qaldığını bildirib. O qeyd edib ki, ATƏT vahid bir ailədir, hər bir ailənin isə öz qayğıları, öz problemləri var: “Biz birlikdə çalışaraq bu problemləri həll etməliyik”. Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.
Просмотров: 247 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Май 2011  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031