Четверг, 02.05.2024, 11:19
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Июль » 21




İsrailin Azərbaycandakı səfiri Mixael Lavon Lotem bu gün Lənkərana gəlib. Lənkəran Şəhər İcra Hakimiyyəti aparatından APA-nın cənub bürosuna verilən məlumata görə, səfir media nümayəndələrinin iştirakı olmadan icra başçısı Tofiq İbrahimovla görüşüb.

Axşam M. L. Lotem Lənkəran şəhər stadionunda "Xəzər-Lənkəran”la "Makkabi” (Tel Əviv, İsrail) futbol komandalarının Avroliqanın ilk təsnifat mərhələsi çərçivəsində görüşünü canlı izləyib.
Просмотров: 264 | Добавил: apacenub | Дата: 21.07.2011 | Комментарии (0)


Bu gün Masallı rayonunun Şıxlar kəndində yeni tibb məntəqəsinin açılışı olub. APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilən mərasimdə Masallı rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış edərək, rayonun bütün yaşayış məntəqələrində sosial problemlərin həlli üçün dövlət tərəfindən müvafiq tədbirlərin görüldüyünü və bu tip layihələrin mütəmadi xarakter daşıyacağını bildirib. İcra Hakimiyyətinin başçısı kənddən keçən Qızılağac-Kalinovka-Yeddioymaq-Şıxlar asfalt yolunun əsaslı təmirinin də dövlət vəsaiti hesabına həyata keçirildiyini diqqətə çatdırıb. Rəmzi qırmızı lent kəsildikdən sonra səhiyyə obyektinin otaqlarına baxış keçirilib.
Просмотров: 278 | Добавил: apacenub | Дата: 21.07.2011 | Комментарии (0)


Lənkəranda eyni adlı qəzetin 80 illik yubileyi keçirilib. APA-nın cənub bürosunun xəbərinə görə, tədbirdə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Lənkəran şəhər İcra Hakimiyyəti aparatının nümayəndələri, şəhər ziyalıları, media təmsilçiləri iştirak ediblər.
Qəzetin baş redaktoru İltifat Əhmədov bu mətbu orqanın tarixi haqqında iştirakçılara məlumat verib. O bildirib ki, 1931-ci ildən "Sıə Tolış” ("Qızıl Talış”) adı ilə nəşrə başlayan qəzet müxtəlif illərdə "Sosialist subtropikası”, "Leninçi”, 1990-cı il sentyabrın 22-dən isə "Lənkəran” adı ilə fəaliyyət göstərib.
Sonda qəzetin əməkdaşlarına Lənkəran şəhər İH-nin fəxri fərmanları və pul mükafatları təqdim olunub.
Просмотров: 300 | Добавил: apacenub | Дата: 21.07.2011 | Комментарии (0)


"Domanı məcburiyyətdən əvəzlədim, zədə almışdı. Eləcə də Onofraşı. Sonradan meydana daxil olanlar komandaya kömək edə bilmədilər. Futbolçular hazırlığa gec başlamışdılar. Bu amil öz sözünü dedi”. Apasport.az saytının xəbərinə görə, bunu "Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik deyib.

O, Avropa Liqasının II təsnifat mərhələsinin "Makkabi” ilə cavab oyunundan sonra fikirlərini açıqlayıb.
... Читать дальше »
Просмотров: 263 | Добавил: apacenub | Дата: 21.07.2011 | Комментарии (0)




Bu gün Avropa Liqasında II təsnifat mərhələsinə yekun vurulur. Apasport.az saytının məlumatına görə,
cavab oyunları çərçivəsində baş tutan görüşlərdən ikisi Azərbaycanda keçirilib.İlk olaraq Lənkəranda oyun yekunlaşıb. Tarixində ilk dəfə II təsnifat mərhələsində oynayan "Xəzər Lənkəran” İsrailin "Makkabi” klubu ilə cavab görüşündə qalib gələ bilməyib.

Təl-Əvivdə 1:3 hesabı ilə uduzan Azərbaycan kubokunun qalibi üçün Lənkərandakı görüş əlamətdar idi. Avrokuboklarda yubiley – 10-cu matçına çıxan "Xəzər Lənkəran” doğma stadiondakı 2-ci oyununda da qələbə qazana bilmədi. Cənub təmsilçisi prinsial rəqibi "Neftçi” kimi ev görüşündə qolsuz bərabərlik əldə edərək, onun aqibəti ilə üzləşdi.

Просмотров: 240 | Добавил: apacenub | Дата: 21.07.2011 | Комментарии (0)

Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Июль 2011  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
25262728293031