Четверг, 02.05.2024, 15:57
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Июль » 21 » Mirça Rednik: Cütün taleyini Təl-Əvivdəki ilk hissə həll etdi
22:13
Mirça Rednik: Cütün taleyini Təl-Əvivdəki ilk hissə həll etdi

"Domanı məcburiyyətdən əvəzlədim, zədə almışdı. Eləcə də Onofraşı. Sonradan meydana daxil olanlar komandaya kömək edə bilmədilər. Futbolçular hazırlığa gec başlamışdılar. Bu amil öz sözünü dedi”. Apasport.az saytının xəbərinə görə, bunu "Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik deyib.

O, Avropa Liqasının II təsnifat mərhələsinin "Makkabi” ilə cavab oyunundan sonra fikirlərini açıqlayıb.


"Nəzərə alaq ki 3 hissə yaxşı oynadıq. Rəqib təcrübəli və güclü komandadı. Bu cütün taleyini Təl-Əvivdəki ilk hissə həll etdi. Orda qollu heç-heçə oynasaydıq, bu gün nəyəsə nail ola bilərdik” – deyə, Rednik bildirib.

Rednik bildirib ki, ilk yarıda 4 qol vəziyyəti yaratsalar da, bundan istifadə edə bilməyiblər: "Bundan yararlansaq, nəticə başqa cür ola bilərdi. İndi taktikadan danışmağın mənası yoxdur. Məcburən uzun ötürmələrdən istifadə edirdik. Souza, Rikardo və Rahid eyni planlı futbolçulardır. Ona görə də, Souzanı ehtiyatda saxladım. Hakimlərin işindən narazılığım yoxdur. Amma səfərdəki matçda narazı qaldığım epizodlar var. Nəticəyə görə üzgünəm və azarkeşlərdən üzr istəyirəm”.

Xatırladaq ki, ilk oyunda 1:3 hesabı ilə uduzduğundan "Xəzər Lənkəran” mübarizəni dayandırıb.
Просмотров: 264 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Июль 2011  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
25262728293031