Главная » 2011 » Май » 4 » Rusiyada heroin satan azərbaycanlılara ağır cəza verildi
12:35 Rusiyada heroin satan azərbaycanlılara ağır cəza verildi |
Rusiyanın Uxta şəhər məhkəməsi Vladimir Kononov və Azərbaycan əsilli
Şamil Məmmədov və Elçin Paşayev haqqında hökm çıxarıb. Lent.az-ın Rusiya
mətbuatına istinadən verdiyi məlumata görə, hər 3 şəxs 2010-cu ilin
yayında Uxta şəhərində heroin satışı işə məşğul olduqları üçün
saxlanılıb.
Həmin ilin iyun ayında Elçin Paşayev Uxta şəhərinə 100 qram heroin
gətirib. O, bunu şəxsiyyəti müəyyənləşdirilməyən Kirov sakinindən alıb.
Vladimir Kononov, Şamil Məmmədov və Elçin Paşayevin birlikdə narkotik
vasitəni paketlərə ayırıblar. Uxta şəhərinin 2 sakini bu şəxslərdən
heroin alıb və onlar sonradan polis tərəfindən saxlanılıb. Araşdırma
nəticəsində narkotacirlər yaxalanıblar.
Məhkəmə Azərbaycan əsilli şəxsləri sərt cəzalandırıb. Şamil Məmmədov 15
il, Elçin Paşayev 10 il azadlıqdan məhrum edilib. Vladimir Kononov isə 9
il azadlıqdan məhrum olunub. Onlar cəzalarını ciddi rejimli həbsxanada
çəkəcəklər.
|
Просмотров: 309 |
Добавил: apacenub
| Рейтинг: 0.0/0 |
|
Statistika
Онлайн всего: 11 Гостей: 11 Пользователей: 0
|