Lerik rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Lerik Rayon Polis
Şöbəsinin (RPŞ) müstəntiqi Zeynal Allahverdiyevin APA-nın Cənub bürosuna verdiyi məlumata
görə, hadisə ötən gecə Lənkəran-Lerik yolunun 24-cü kilometrliyində baş
verib. Bu barədə RPŞ-ə yalnız mayın 29-da saat 9.00 radələrində məlumat
daxil olub.
Hadisə yerinə gələn hüquq - mühafizə orqanlarının
əməkdaşları "Hundai Sonata” markalı avtomaşının 25 metr hündürlükdən
dərəyə aşdığının şahidi olublar. Yararsız vəziyyətə düşmüş maşın
avtokran vasitəsilə dərədən çıxarılıb.
Avtomobilin sürücüsü və
sərnişinlərinin taleyi barədə isə məlumat verilmir.
Faktla bağlı
Lerik RPŞ-də araşdırmalara başlanıb.