Главная » 2011 » Май » 17 » Qonşusunu bıçaqlayan Qusar sakininin məhkəməsi başladı
18:44 Qonşusunu bıçaqlayan Qusar sakininin məhkəməsi başladı |
![](http://gun.az/photos/inside_article/1305636203/2205.jpg)
Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu bıçaqlayan idmançının məhkəməsi başlayıb.
Gün.Az xəbər verir ki, ittihama görə, Qusar rayonunun
Tolstoy küçəsi, 25 ünvanda yaşayan, əvvəllər Rusiyada cinayət törətdiyi
üçün məhkum edilmiş 32 yaşlı Eyvaz Əlipolad oğlu Nağıyev Cəfər Cabbarlı
küçəsində yerləşən 5 nömrəli məktəbin qarşısında qonşusu Araz Pirəhməd
oğlu Pirəhmədovu bıçaqlayıb.
Dərhal Qusar rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə
çatdırılan Araz Pirəhmədovun həyatını xilas etmək mümkün olub. Eyvaz
Nağıyev cinayət məcəlləsinin qəsdən adam öldürməyə cəhd maddəsi ilə
təqsirləndirilir. Məhkəmə hakim Eldar İsmayılovun sədrliyi ilə
keçirilir.
Qeyd edək ki, təqsirləndirilən şəxs idmanın güləş növü ilə məşğul olub.
Zərərçəkən isə Qusar rayonunda yerləşən orta məktəbdə müəllim işləyib.
Hadisəyə səbəb şəxsi münasibətlər olub.
|
Просмотров: 338 |
Добавил: apacenub
| Рейтинг: 0.0/0 |
|
Statistika
Онлайн всего: 27 Гостей: 27 Пользователей: 0
|