Главная » 2011 » Май » 13 » "Prezident Azərbaycanda internetin azad olaraq qalacağına əmin etdi"
18:50 "Prezident Azərbaycanda internetin azad olaraq qalacağına əmin etdi" |
ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviçin Azərbaycana
səfəri başa çatır. Bu gün keçirdiyi mətbuat konfransında o, Azərbaycanda
internetin azad olacağına zəmanət aldığını və buna sevindiyini
bildirib. Çünki ATƏT-ə üzv bir sıra ölkələrdə internetin
məhdudlaşdırılması problemi mövcuddur.
"Burada bir sıra görüşlər keçirdim. Keçirdiyim görüşlərdə mənə
diffamasiya haqqında qanunun qəbul olunması üzrə işlərin getdiyini
bildirdilər. Amma düşünürəm ki, əsas iş qanun qəbul olunandan sonra
başlayacaq. Prezidentlə görüş də çox konstruktiv keçdi. Prezident məni
əmin etdi ki, Azərbaycanda internet azad olaraq qalacaq”, - deyə ATƏT
rəsmisi bildirib.
Bunun sevindirici hal olduğunu qeyd edən D.Myatoviç belə vəziyyətin heç
də ATƏT-ə üzv olan bütün ölkələrdə müşahidə olunmadığını söyləyib.
|
Просмотров: 277 |
Добавил: apacenub
| Рейтинг: 0.0/0 |
|
Statistika
Онлайн всего: 26 Гостей: 26 Пользователей: 0
|