Главная » 2011 » Май » 17 » “Neftçi”nin sabiq futbolçusu vəfat edib
14:10 “Neftçi”nin sabiq futbolçusu vəfat edib |
Gürcüstan futboluna daha bir ağır itki üz verib.
Lent.az-ın məlumatına görə, məşhur futbolçu Boris Siçinava 74 yaşında
dünyasını dəyişib.
Siçinava uzun sürən xəstəlikdən sonra keçinib. Mərhumun dəfn mərasimi mayın 19-da keçiriləcək.
Qeyd edək ki, Boris Siçinava 28 oktyabr 1936-cı ildə anadan olub. O,
1955-ci ilin iyulundan 1956-cı ilin ortalarınadək Tiflisin ODO klubunda
çıxış etdikdən sonra Azərbaycanın "Neftçi” komandasına keçib. Siçinava
həmin ilin iyul – oktyabr aylarında flaqmanın formasını geyinib. 1958-ci
ildə Tiflis "Dinamo”suna keçən tanınmış futbolçu 1967-ci ilədək
oynayıb. 1964-cü ildə SSSRİ çempionu olub. Siçinava Gürcüstanın
gənclərdən ibarət yığması, Tiflis "Dinamo”sunun baş məşqçisi olub.
1958-ci ildə Gürcüstanın əməkdar məşqçisi adını alıb.
|
Просмотров: 339 |
Добавил: apacenub
| Рейтинг: 0.0/0 |
|
Statistika
Онлайн всего: 14 Гостей: 14 Пользователей: 0
|