Главная » 2011 » Май » 9 » Masallının daha bir kəndində mavi qazın verilişi bərpa olunub
09:34 Masallının daha bir kəndində mavi qazın verilişi bərpa olunub |
İyirmi illik fasilədən sonra
Masallı rayonunun Səmidxan kəndinə mavi qazın verilişi bərpa
olunub. APA-nın cənub bürosunun
məlumatına görə, bu münasibətlə keçirilən toplantıda
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış edərək
əlamətdar hadisə münasibətilə kənd sakinlərinə təbrikini çatdırıb. İcra
başçısı 20 illik fasilədən sonra bu
yaşayış məntəqəsinə qazın verilişini ölkə rəhbərliyinin regionlara diqqəti kimi
dəyərləndirərək, bu sahədə işlərin davam etdiriləcəyini bildirib.
Toplantıda kənd sakinlərindən İmanqulu Məmmədov, Həzrətqulu Həsənov,
Mirqurban Kərimov və başqaları söz alaraq onların sosial-rifah halının
yaxşılaşdırılması, məişət problemlərinin həlli üçün zəhmət çəkmiş bütün
insanlara – "Azəriqaz” İstehsalat Birliyinin işçilərinə, o cümlədən ölkə və rayon rəhbərliyinə minnətdarlıqlarını
ifadə etdilər.
|
Просмотров: 318 |
Добавил: apacenub
| Рейтинг: 0.0/0 |
|
Statistika
Онлайн всего: 10 Гостей: 10 Пользователей: 0
|