Milli təhlükəsizlik nazirinin sabiq müavini Əli Nağıyev
Baş prokuror Zakir Qaralov əmrilə Azərbaycan Respublikası Baş Prokuroru
yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini vəzifəsinə
təyin olunub. Bu barədə ANS PRESS-ə Respublika Baş Prokurorluğunun
mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.
Qeyd edək ki, Ə. Nağıyev Azərbaycan prezidenti İlham Əliyevin 11 aprel
2011-ci il tarixli sərəncamı ilə milli təhlükəsizlik nazirinin müavini
vəzifəsindən azad edilmişdi.