Главная » 2011 » Май » 16 » Lənkəranda bıçaqlanma hadisəsi baş verib
10:14 Lənkəranda bıçaqlanma hadisəsi baş verib |
Lənkəran şəhərində bıçaqlanma hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran şəhər sakini, 1966-cı il təvəllüdlü Asif Adil oğlu Nurullayev mayın 14-də saat 19.00 radələrində ağır vəziyyətdə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Müayinə zamanı ona döş qəfəsi nahiyyəsindən bir bıçaq zərbəsinin vurulduğu məlum olub. Dərhal əməliyyat otağına qaldırılan yaralının üzərində cərrahiyyə əməliyyatı aparılsa da, vəziyyəti hazırda ağır qiymətləndirilir.
Işi araşdıran Lənkəran Şəhər Polis Şöbəsinin müstəntiqi Hikmət Ağyevin sözlərinə görə, hadisəni törətmiş şəxsin saxlanılması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri görülür.
|
Просмотров: 325 |
Добавил: apacenub
| Рейтинг: 0.0/0 |
|
Statistika
Онлайн всего: 24 Гостей: 24 Пользователей: 0
|