Главная » 2011 » Май » 13 » İmişlidə evin uçması nəticəsində azyaşı uşaq dağıntılar altında qalıb
22:14 İmişlidə evin uçması nəticəsində azyaşı uşaq dağıntılar altında qalıb |
![](http://anspress.com/images/photos/12564.jpg) İmişli rayonunda bədbəxt hadisə baş verib. Bir mərtəbəli evin bir
hissəsinin ucması nəticəsində azyaşlı uşaq dağıntılar altında qalıb.
Hadisə bu gün təqribən saat 13:00-14:00 radələrində rayonun
Hacıalmuradlı kəndində qeydə alınıb. Ev sahibəsi Şəfəq Məmmədovanın ANS
PRESS-ə verdiyi məlumata görə, hadisə zamanı Mirkamil Məmmədov evin
hasarının yanında oynayarkən baş verdiyindən o, dağıntının altında
qalıb.
Müxtəlif bədən xəsarətləri alan uşaq valideynlərinin köməkliyi ilə
dağıntının altından çıxarılıb. Hadisə nəticəsində 3 otaqlı evin bir
otağı tam yararsız vəziyyətə düşüb.
Zərərçəkənin dediyinə görə, onlar bu ilin əvvəlində Fövqəladə Hallar
Nazirliyinə müraciət ediblər. Fevral ayında isə nazirliyin
mütəxəssisləri kəndə gələrək evə baxış keçirib və evin qəzalı olması
qeydiyyata salınıb. Bundan sonra isə heç bir dəyişiklik baş verməyib. Ev
uçandan sonra isə zərərçəkən ailə Rayon İcra Hakimiyyətinə üz tutub.
İcra başçısı yerində olmadığından onları başçının müavini Səfa müəllim
qarşılayaraq bildirib ki, əraziyə baxış keçiriləcək və lazımi tədbirlər
görüləcək.
|
Просмотров: 319 |
Добавил: apacenub
| Рейтинг: 0.0/0 |
|
Statistika
Онлайн всего: 10 Гостей: 10 Пользователей: 0
|