Главная » 2011 » Май » 16 » Hamilə qadın 5-ci mərtəbədən yıxılıb öldü
13:49 Hamilə qadın 5-ci mərtəbədən yıxılıb öldü |
Sumqayıt şəhərində bədbəxt hadisə baş verib. Sumqayıt Şəhər Polis
İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə dünən saat 21:15
radələrində 4-cü mikrorayonda yerləşən 7 saylı yataqxanada qeydə alınıb.
23 yaşlı Almaz Mirələm qızı Qəmbərova yataqxananın 5-ci mərtəbəsində,
yaşadığı 132 saylı mənzilin eyvanından paltar asarkən ehtiyatsızlıq
nəticəsində yerə yıxılıb. Hamilə olduğu bildirilən A.Qəmbərova elə
hadisə yerində ölüb.
Faktla bağlı Şəhər Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.
|
Просмотров: 282 |
Добавил: apacenub
| Рейтинг: 0.0/0 |
|
Statistika
Онлайн всего: 25 Гостей: 25 Пользователей: 0
|