Lənkəran Ağır Cinayətlər Məhkəməsində Hacıqabul dəmiryol
stansiyasında iş yoldaşını qətlə yetirən İlqar Quliyevə hökm oxunub.
Gün.Az-ın məlumatına görə, iş yoldaşı Nizami Abbasovu
borc pula görə döyərək öldürən İlqar Quliyev məhkəmənin hökmü ilə 10 il 6
ay müddətinə azadlıqdan məhrum edilib.
Hadisə ötən il oktyabrın 27-də Hacıqabul dəmiryol deposunun ərazisində
baş verib. 51 yaşlı Nizami Abbasovun iş yoldaşı 42 yaşlı İlqar Quliyevə
pul borcu olub. Nizami borcu qaytarmaqdan imtina edib və bu zaman
onların arasında dava düşüb. Bu dava qətl hadisəsi ilə nəticələnib.
İlqar Quliyev cinayət məcəlləsinin 126.3 maddəsi ilə təqsirli bilinib.