Главная » 2011 » Май » 16 » Bakıda it festivalı keçirilib
16:02 Bakıda it festivalı keçirilib |
Bakıda itlərin festivalı keçirilib. 60 cins itin nümayiş olunduğu
festivalda ən yaxşı it seçilib və qalib Fransaya göndəriləcək.
Qeyd edək ki, artıq 9 ildir ki, Azərbaycan bu tip festifala ev sahibliyi
edir. 2001-ci ildə yaranan kinoloqlar cəmiyyəti hər il yaz və payız
aylarında belə sərgi-festival keçirərək ən yaxşi iti seçib kubokla təmin
edir və beynəlxalq yarışlara göndərir. Fransada keçirilən beynəlxalq
sərgiyə isə bu vaxta qədər bir çox itlər göndərilsə də hələlik orada
birincilik qazanan olmayib. Rusiya, Gürcüstan, Qazaxıstandan gətirilən,
həmçinin Azərbaycandan olan itlərin qoşulduğu yarışmada 330-dan artiq it
iştirak edir. 60 cinsdən olan itlərin müsabiqədə fərqləndirilməsində
bir özünəməxsusluq var.
"Hər it cinsi funksionalllığana görə fərqləndirilir. Əsasən itlərin
eksteryerinə, yəni xarici görünüşünə fikir verilir. Yəni təyin olunma
üçün konkret standartlar var”, - deyə kinoloqlar ictimai birliyinin
prezidenti Zaur Ağabəyli bildirib.
Pilləli şəkildə keçirilən müsabiqədə birincilik qazanan it cinsinə
sahibi üçün qiymətli olmasa da, heyvanın özü üçün əvəzolunmaz sayılan
hədiyyələr verilir. Məsələn elə böyük paketlərdə it yeməkləri.
50-60 faiz Azərbaycana məxsus olan itlərin iştirak etdiyi sərgi Nizami adına mədəniyyət və istirahət parkında keçirilir.
"Buranı görməsəydik Azərbaycanda evlərdə bu qədər it saxlanıldığını
bilməzdik" - deyə Nizami adına mədəniyyət və istirahət parkının
direktoru Alfred Quliyev bildirib.
Bir-bir nümayiş olunan itlərin içərisindən ən yaxşısı Stavropoldan gələn çau çau cinsinə məxsus it olub.
|
Просмотров: 317 |
Добавил: apacenub
| Рейтинг: 0.0/0 |
|
Statistika
Онлайн всего: 25 Гостей: 25 Пользователей: 0
|