Главная » 2011»Май»17 » Azərbaycanlı jurnalist Türkiyədə vəfat edib
16:43
Azərbaycanlı jurnalist Türkiyədə vəfat edib
"İhlas” İnformasiya Agentliyinin (İHA) Azərbaycan üzrə nümayəndəsi Müşfiq Nadir Türkiyədə vəfat edib.
APA-nın məlumatına görə, M. Nadir
ürək və qan-damar sistemində yaranan problemlə əlaqədar müalicə
məqsədilə İstanbula gedib. Ötən gün jurnalistin üzərində açıq ürək-damar
əməliyyatı keçirilib. Ancaq həkimlərin bütün səylərinə baxmayaraq, onu
xilas etmək mümkün olmayıb.
Müşfiq Nadirin cənazəsi bu gün Azərbaycana gətiriləcək.
Qeyd edək ki, 1975-ci il təvəllüdlü Müşfiq Nadir 1 uşaq atasıdır, 10 ildən artıq İHA-nın Azərbaycan üzrə təmsilçisi olub.