Главная » 2011 » Май » 17 » Azərbaycanda futbol klubunun sabiq icraçı direktoru intihar edib
16:04 Azərbaycanda futbol klubunun sabiq icraçı direktoru intihar edib |
![](http://www.apa.az/photos/Intihar%20eleyib%20040610.jpg)
Bakının Nizami rayonunda intihar hadisəsi baş verib. Bu barədə APA-ya Rayon Prokurorluğundan bildirilib.
Məlumata görə, Tovuzun "Turan” futbol klubunun sabiq icraçı
direktoru Arif Zeynalov bu gün səhər saatlarında Naxçıvanski küçəsi, 57
ünvanında özünü asıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum
deyil.
Mərhumun qardaşı, futbol veteranı Rasim Zeynalov APA-ya açıqlamasında qardaşının öldüyünü təsdiqləsə də, bu barədə ətraflı danışmaq istəməyib.
Faktla bağlı Nizami Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.
Qeyd edək ki, A. Zeynalov 1996-98-ci illərdə "Turan”da icraçı direktor vəzifəsində işləyib.
|
Просмотров: 333 |
Добавил: apacenub
| Рейтинг: 0.0/0 |
|
Statistika
Онлайн всего: 16 Гостей: 16 Пользователей: 0
|