Главная » 2011 » Май » 17 » Azərbaycan parlamenti bir sıra qanunlara dəyişiklikləri təsdiqləyib
13:51 Azərbaycan parlamenti bir sıra qanunlara dəyişiklikləri təsdiqləyib |
Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında bir sıra qanunlara dəyişikliklər təsdiq olunub.
APA-nın məlumatına görə,
parlament bu gün "Azərbaycan Respublikası Hökuməti və Argentina
Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və
qarşılıqlı yardım haqqında”, "Azərbaycan Respublikası Hökuməti və
Albaniya Respublikası Nazirlər Şurası arasında diplomatik və xidməti
pasportlara malik olan şəxslər üçün vizaların ləğv edilməsi haqqında”
Sazişləri təsdiqləyib.
Bundan başqa, "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında”,
Milli Məclisin 1994-cü il 29 noyabr tarixli 928 nömrəli Qərarı ilə
təsdiq edilmiş "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında”
Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də
dəyişiklik edilməsi barədə qanunun layihəsində dəyişiklikləri təsdiq
edib.
Parlament "Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi
məsuliyyəti haqqında Əsasnamə”də, Mülki Prosessual Məcəllədə, "İcra
məmurları haqqında” qanunda, Ailə Məcəlləsində, Mülki Məcəllədə, Cinayət
Məcəlləsində, İnzibati Prosessual Məcəlləsində, Vergi Məcəlləsində,
Cinayət-Prosessual Məcəlləsində, "Banklar haqqında”, "İpoteka haqqında”,
"İnzibati icraat haqqında” və "Torpaqların dövlət ehtiyacları üçün
alınması haqqında” qanunlarda dəyişiklik edib. Dəyişikliklərə əsasən
adıçəkilən qanunlarda "məhkəmə nəzarətçisi” və "məhkəmə icraçısı”
sözləri "icra məmuru” sözləri ilə əvəz olunub.
|
Просмотров: 312 |
Добавил: apacenub
| Рейтинг: 0.0/0 |
|
Statistika
Онлайн всего: 22 Гостей: 22 Пользователей: 0
|