Главная » 2011»Май»9 » Azərbaycan 9 May - Qələbə gününü qeyd edir
09:12
Azərbaycan 9 May - Qələbə gününü qeyd edir
Bu gün 9 May - Qələbə günüdür. APA-nın məlumatına görə, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kimi qeyd olunur.
Qələbə günü münasibətilə ölkənin müxtəlif bölgələrində və paytaxtda tədbirlər keçirilir.
Qeyd edək ki, 1939-cu il sentyabrın 1-də Faşist Almaniyası Polşanı işğal
edib. Bununla da bəşəriyyət tarixinə ən qanlı müharibə kimi daxil olan
İkinci Dünya müharibəsi başlayıb. 1941-ci il iyunun 22-də isə Hitler
Almaniyası Azərbaycanın da daxil olduğu SSRİ-yə hücum edib. Müharibə
1945-ci il mayın 9-da - Berlindəki Reyxstaq binası üzərindən faşizm
bayrağının endirilməsi və SSRİ bayrağının sancılması ilə başa çatıb.
Bu müharibədə Azərbaycandan 700 minədək şəxs iştirak edib. Azərbaycan
diviziyaları Qafqazdan Berlinə qədər mübarizə yolu keçib, 130-a yaxın
azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər
"Şərəf” ordeni, 170 min soydaşımız SSRİ-nin müxtəlif orden və medalları
ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi
Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov,
Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Hüseynbala Əliyev, Qafur
Məmmədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov,
Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çoxunun adı
bu müharibənin tarixinə qızıl hərflərlə yazılıb.
Böyük Vətən müharibəsində Azərbaycan nefti də həlledici amillərdən olub.
Belə ki, 1941-ci ildə Azərbaycan tarixində ən çox - 23,5 milyon ton
neft istehsal olunub və bu, SSRİ-də istehsal olunan neftin 71,4%-ni
təşkil edib. Ümumilikdə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə
75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları
veriblər.