Вторник, 30.04.2024, 03:08
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Май » 8 » Yeni və köhnə cempion xal itirdi
20:28
Yeni və köhnə cempion xal itirdi


Bu gün keçiriləcək daha 3 oyunla Premyer Liqada 30-cu tura yekun vurulacaq. Qol.Az-ın məlumatına görə, günün daha çox maraq doğuran matçı Tofiq Bəhramov adına Respublika stadionunda yeni çempion "Neftçi" ilə eks-çempion "İnter" arasında keçirilib.
Hələ ötən tur çempionluğu təmin etmiş "Neftçi" üçün bu oyun elə də ciddi əhəmiyyət kəsb etməyib. Əvəzində "İnter" AZAL-ın ilk oyun günündə "Bakı"ya məğlubiyyətindən maksimum yararlanmağa çalışıb. Qələbə təqdirində son ölkə çempionu 4-cü pilləyə yüksələcəkdi ki, bu da Kaxaber Sxadadzenin komandasının Avropa Liqasına vəsiqə şansını daha da artıracaqdı. Lakin oyunda hesab açılmayıb və "İnter"lə AZAL-ın xal fərqi bərabərləşdirib.
İkinci "6-lığ"a təsadüf edən "Qəbələ" - "Turan" matçı və "Muğan" - "Gəncə" qarşılaşmaları isə 7-ci pillə uğrunda mübarizə baxımından əhəmiyyətli olub.
Lakin "Qəbələ" və "Muğan" bu turda qələbə qazandığında turnir cədvəlində dəyişiklik olmayıb.   
İlk oyun günündə isə 3 görüş keçirilib. "Bakı" öz meydanında paytaxtın digər təmsilçisi AZAL-ı qəbul edib. Artıq bu mövsüm avrokuboklardan kənar qalan "Bakı"nın AZAL-a ciddi müqavimət göstərəcəyi inandırıcı görünmürdü. Lakin "Bakı" AZAL-ı 2:1 hesabı ilə məğlub etməklə bu ehtimalları heçə endirib. Kubokla vidalaşan AZAL isə 4-cü pillə uğrunda "İnter"lə mübarizəsini davam etdirmək üçün bu oyunda mütləq qələbə qazanmalı idi. Lakin Nazim Süleymanovun komandası bu işin öhdəsindən gələ bilməyib. Sabah "İnter" "Neftçi"yə qalib gələcəyi təqdirdə 4-cü pilləyə yüksələcək.Turun digər görüşündə isə ikinci "altılıq" komandaları qarşılaşıb. Burada Premyer Liqanın aşkar autsayderləri MOİK və "Simurq" klubları üz-üzə gəlib. Artıq Premyer Liqa ilə vidalaşan MOİK üçün bu görüş formal xarakter daşıyırdı. Lakin MOİK-dən fərqli olaraq "Simurq"un nəzəri də olsa, Premyer Liqada qalmaq şansı var idi. Bunun üçün  "Simurq" mütləq qələbə qazanmalı olsa da, bu işin öhdəsindən gələ bilməyib. Zaqatala təmsilçisi səfərdə MOİK-ə 0:1 hesabı ilə məğlub olmaqla I Diviziona düşməsini rəsmiləşdirib. Belə olan təqdirdə isə sabah keçiriləcək "Qəbələ" - "Turan"  matçının heç bir əhəmiyyəti qalmır.                    
       Turun mərkəzi qarşılaşması isə Lənkəranda baş tutub. Burada "Xəzər Lənkəran" və "Qarabağ" klubları münasibətlərinə aydınlıq gətirib. Artıq son turda xal itirməklə çempionluğu "Neftçi"yə təhvil verən "Xəzər Lənkəran" ikinci pillədəki mövqeyini möhkəmlətmək üçün bu görüşdə qələbə qazanmalı idi. Matçın sonlarına qədər hesabda öndə olan Mirça Rednikin komandası 90+1-ci dəqiqədə oyuna sonradan daxil olan İlqar Qurbanovun qoluna mane ola bilməyib. "Qarabağ"a dönüşünü qolla qeyd edən İlqarın vurduğu bu top gümüş medallar uğrunda mübarizəni son turlara saxladı. 


8 may (bazar)

16:00. "Qəbələ" - "Turan" - 1:0
Qol:
Yaşar Abuzərov, 14
Hakimlər: Rauf Cabbarov, Azad Q. Hüseynov, Aydın Ələkbərov, Hacıəli Ağayev
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Kərim Ağayev
Qəbələ şəhər stadionu.


15:40. "Neftçi" - "İnter" - 0:0
Hakimlər: 
Əliyar Ağayev, Azər Əsgərov, Yaşar Abbasov, Ceyhun Haşımov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Nüvər Xasıyev
Tofiq Bəhramov adına Respublika stadionu.

15:00. "Muğan" - "Gəncə" - 2:1
Qollar:
Ruslan Məcidov, 2-pen (1:0), Anxel Qutyeres, 11 (2:0), Hodziç, 33-avtoqol (2:1)
Hakimlər: Fuad Həsənov, Namiq Hüseynov, Rahil Ramazanov, Elçin Məmmədov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Əmir Zamanov
"Şəfa" stadionu. 


 


7 may (şənbə)

20:00. "Xəzər Lənkəran" - "Qarabağ" - 1:1
Qollar:
Emeka Opara, 16 (1:0), İlqar Qurbanov, 90+1 (1:1)
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Rza Məmmədov, Ramil Diniyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Səfər Haşımov
Lənkəran şəhər mərkəzi stadionu.

15:00. "Bakı" - AZAL - 2:1
Qollar:
Aleksandr Şoliç, 20 (1:0), Usim Nduka, 66 (1:1), Vyaçeslav Sofroni, 79 (2:1)
Hakimlər: Rəhim Həsənov, Mehman Mahmudov, Aleksandr Musatkin, Anar Salmanov
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Asif Namazov
Tofiq Bəhramov adına Respublika stadionu.

16:00. MOİK - "Simurq" - 1:0
Qol:
Ruhid Usubov, 45 (1:0)
Hakimlər: Teymur Fərhadov, Samir Hacıyev, Elşən Durmuşov, Vüsal Əliyev
AFFA nümayəndəsi: Ramiz Əliyev
Hakim-inspektor: Akif Məmmədov
"Bakı" futbol klubunun təlim-məşq bazasının stadionu.


Turnir cədvəli 

  Komanda O Q H M Qollar Xallar
1 Neftçi 30 19 9 2 52-13 66
2 Xəzər Lənkəran 30 15 11 4 35-17 56
3 Qarabağ 30 16 7 7 37-19 55
4 AZAL 30 12 9 9 33-27 45
5 İnter 30 12 9 9 28-24 45
6 Bakı 30 10 10 10 33-29 40

7 Qəbələ 30 12 11 7 29-17 47
8 Muğan 30 12 8 10 27-29 44
9 Gəncə 30 8 11 11 30-32 35
10 Turan 30 6 6 18 21-42 24
11 Simurq 30 3 7 20 15-47 16
12 MOİK 30 3 6 21 10-53 15
Просмотров: 266 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Май 2011  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031