Вторник, 30.04.2024, 06:22
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Май » 4 » Yeni dəniz limanının layihə işlərinə 8. 2 mln manat xərclənib
13:04
Yeni dəniz limanının layihə işlərinə 8. 2 mln manat xərclənib


Nəqliyyat Nazirliyinin sifarişi ilə Hollandiyanın "Royal Haskoning BV" şirkəti tərəfindən "Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksi"nin Baş Planı və İşçi layihəsi başa çatdırılıb və layihə işlərinə 8,2 milyon manat, o cümlədən 2010-cu ildə 3,2 milyon manat vəsait xərclənib. Bu barədə nəqliyyat naziri Ziya Məmmədov Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində bildirib.

Ziya Məmmədov bildirib ki, Bakının Qaradağ rayonunun Ələt qəsəbəsinin ərazisində inşa edilən liman kompleksinin ərazisinin 400 hektar olacağı nəzərdə tutulur. Tikinti işləri üç mərhələdə aparılacaq. Birinci mərhələ 3 il 6 ay ərzində reallaşdırılacaq. İlkin mərhələdən sonra liman kompleksində ildə 10 milyon tona qədər yük və TEU standartlarında 40 min konteyner işləniləcək. İkinci mərhələdə bu rəqəmlər müvafiq surətdə 17 milyon tona və 150 min konteynerə çatdırılacaq.

Üçüncü mərhələdə isə limanın yükaşırımı gücü ildə 25 milyon tona və 1 milyon konteynerə bərabər olacaq. Layihə çərçivəsində avtomobil və dəmir yolları, giriş kanalı, körpülər, bərə terminalı, quru yük terminalı, konteyner sahəsi və sair inşa olunacaq. Nazir limanın məhz, bu ərazidə yaradılmasında əsas məqsədin Azərbaycanda nəqliyyatın təhlükəsizlik məsələlərini uğurla həll etmək, Bakını Xəzər hövzəsində çox müasir və böyük logistika, nəqliyyat mərkəzinə çevirmək Bundan başqa Xəzəryanı ölkələr arasındakı əməkdaşlığı dərinləşdirmək və nəticədə Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin tam gücü ilə işləməsinə şərait yaratmaqdan ibarət olduğunu vurğulayıb.

Xatırladaq ki, "Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksi"nin tikintisi üzrə təməlqoyma mərasimi 2010-cu il noyabr ayının 3-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə keçirilib.
Просмотров: 273 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Май 2011  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031