Вторник, 30.04.2024, 05:42
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Май » 4 » "Xəzər Lənkəran" və "İnter" finalda
20:41
"Xəzər Lənkəran" və "İnter" finalda
Bu gün Azərbaycan kubokunun 1/2 final mərhələsinin cavab oyunları keçirilib. Qol.Az-ın məlumatına görə, Bakıda baş tutan qarşılaşmalardan sonra finalçıların adlarına aydınlıq gəlib. Hər 2 qarşılaşmanın start fiti eyni saatda verilib. Öz meydanında "Xəzər Lənkəran"ı qəbul edən "Bakı" ilk oyundakı minimal hesablı məğlubityyətin əvəzini çıxmağa çalışsa da, buna nail olmayıb. Doğrudur, "Bakı" bu görüşdə "Xəzər Lənkəran"ı 2:1 hesabı ilə məğlub etsə də, bu finala çıxmaq üçün yetərli olmayıb. "Xəzər Lənkəran" isə bu nəticə ilə "Bakı"dan ötən mövsüm kubokun finalındakı qisasını almış oldu. Günün digər qarşılaşmasında isə 2 paytaxt klubu üz-üzə gəlib. Burada Premyer Liqanın turnir cədvəlində qonşu pillələrdə qərarlaşan AZAL və "İnter" klubları finala çıxmaq uğrunda mübarizə aparıblar. Öz meydanında AZAL-ın qapısına yol tapa bilməyən son ölkə çempionu bu işin öhdəsindən səfərdə gəlib. "İnter" matçın 4-cü dəqiqəsində erkən vurduğu qolla qələbə qazanaraq, finalda "Xəzər Lənkəran"a rəqib olub. Qeyd edək ki, "Xəzər Lənkəran" və İnter" komandaları 3 il öncə 2008-ci ildə Azərbaycan kubokunun finalında üz-üzə gəlmişdi. Həmin görüşdə "Xəzər Lənkəran" rəqibini 2:0 hesabı ilə məğlub edərək ölkə kubokuna sahib çıxmışdı.
Просмотров: 230 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Май 2011  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031