Понедельник, 06.05.2024, 20:52
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Август » 24 » “Xəzər Lənkəran” klubunun bazasında yanğın baş verib
17:47
“Xəzər Lənkəran” klubunun bazasında yanğın baş verib

"Xəzər Lənkəran” klubu xoşagəlməz olayla üzləşib. Apasport.az saytının xəbərinə görə, ötən gecə komandanın Lənkəran şəhərindəki bazasında yanğın baş verib.

Saat 04:00 radələrində baş verən yanğının yaranmasına yağış səbəb olub. Belə ki, güclü yağışdan sonra elektrik naqillərində yaranan qısaqapanma nəticəsində bazanı tüstü bürüyüb.


Bununla belə, bazaya ciddi problem dəyməyib.

Yuxuda olan futbolçular tez bir zamanda bazanı tərk ediblər. Onlar komandaya məxsus avtobusla Bakıya gəliblər.

"Ağ-yaşıllar” Premyer Liqanın IV turunda avqustun 27-də "Rəvan”la səfərdə qarşılaşacağından, oyuna elə paytaxtda hazırlaşacaq.

Qeyd edək ki, cənub təmsilçisi 3 turdan sonra 9 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.
Просмотров: 251 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Август 2011  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031