Вторник, 30.04.2024, 06:34
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Май » 2 » "Xəzər-Lənkəran" Avropa Liqasında!
06:48
"Xəzər-Lənkəran" Avropa Liqasında!
Azərbaycanı 2011-2012-ci il mövsümündə Avropa kuboklarında təmsil edəcək 4 klubdan 2-si müəyyənləşib. Qol.Az-ın məlumatına görə, vaxtından əvvəl qızıl medalları təmin etmiş "Neftçi" Çempionlar Liqasında mübarizə aparacaq. Flaqman mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq. "Xəzər Lənkəran" isə Avropa Liqasında yarışacaq. Hazırda ikinci pillədə olan Lənkəran komandası qalan 3 turda ən pis halda üçüncü pilləyə enə bilər. Bu isə o deməkdir ki, "ağ-yaşıllar" çempionluq əldə etdikləri 2006-2007-ci il mövsümündən sonra ilk dəfə mövsümü mükafatla başa vuracaqlar. Hələlik "Xəzər Lənkəran"ın Avropa Liqasının birinci təsnifat mərhələsindən mübarizəyə başlayacağı dəqiqdir. Lakin tarixində 3-cü dəfə Azərbaycan Kubokunu qazanacağı təqdirdə, Mirça Rednikin komandası Avroliqanın ikinci təsnifat mərhələsindən etibarən ilk görüşünə çıxacaq. Qalan 2 vəsiqəyə 4 klub - "Qarabağ", "Bakı", "İnter" və AZAL iddialıdır.
Просмотров: 239 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Май 2011  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031