Пятница, 03.05.2024, 20:34
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Июнь » 26 » Tansu Çillərə qarşı cinayət işi açılıb
13:58
Tansu Çillərə qarşı cinayət işi açılıb


Türkiyənin keçmiş baş nazrinin bağ evində 8000 qaçaqmal şərab şüşəsi aşkar edilib

Türkiyənin keçmiş baş naziri Tansu Çillərin Quşadası bölgəsindəki bağ evindən 8000 şüşə qaçaqmal şərab aşkar edilib.

  ANS-Press xəbər verir ki, şərab şüşələri polisin həyata keçirdiyi əməliyyat nəticəsində aşkar olunaraq götürülüb.

Polisə Tansu Çillər və Özər Çillərə aid bağ evinin ərazisində "Marsan Mərmərə Holdinq" şirkətinə məxsus şərab istehsalı müəssisəsinin məhsulu olan şərabların etiket olmadan satışa hazırlanması barədə məlumat daxil olub, bundan sonra əməliyyat keçirilib.  

Quşadası Cümhuriyyət Müfəttişliyi holdinqin təsisçiləri Tansu Çillər və Özər Çillərə qarşı cinayət işi açıb. Bundan başqa, etiketsiz içki satmaq iddiası ilə "Marsan" şirkətinə cərimə də kəsiləcək.

Просмотров: 277 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Июнь 2011  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
27282930