Пятница, 03.05.2024, 20:59
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Июнь » 27

Kaliforniyanın Monterey şəhəri Azərbaycanın Lənkəran şəhəri ilə qardaşlaşıb. Kaliforniyanın Monterey Şəhər Şurasının iclasında Azərbaycan və ABŞ şəhərlərinin qardaşlaşmasının tanınması barədə qətnamə qəbul edilib. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun məlumatında deyilir.

... Читать дальше »
Просмотров: 313 | Добавил: apacenub | Дата: 27.06.2011 | Комментарии (0)


Lənkəranda bədbəxt hadisə baş verib. Lənkəran Şəhər Polis Şöbəsinin növbətçi hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə iyunun 26-da saat 15.00 radələrində qeydə alınıb.

Şəhərin Vaqif Nağıyev küçəsi, dalan 1, ev 8-də yaşayan 1978-ci il təvəllüdlü Bayraməli Əkrəm oğlu Əhmədov öz mənzilində təmir işləri apararkən ehtiyatsızlıqdan nərdivandan yerə yıxılıb. Zərbənin təsirindən kəllə-beyin travması alan B. Əhmədov təcili Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır
Просмотров: 220 | Добавил: apacenub | Дата: 27.06.2011 | Комментарии (0)


Azərbaycanın "Xəzər-Lənkəran” futbol klubunun idman direktoru Fabian Veldviyk vəzifəsindən azad edilmişdir.

Bu haqda klubdan məlumat verilib.

Gün.Az AzərTAc-a istinadən xəbər verir ki, hollandiyalı mütəxəssisin işi mövsümün sonunda komanda rəhbərliyi tərəfindən müzakirə edilmiş və onunla iş birliyini yekunlaşdırmaq məqsədəuyğun hesab olunmuşdur.
Просмотров: 238 | Добавил: apacenub | Дата: 27.06.2011 | Комментарии (0)

Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Июнь 2011  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
27282930