Вторник, 30.04.2024, 09:07
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Май » 11 » Təhsil Nazirliyi qarşında keçirilən razılaşdırılmamış aksiyada saxlanılaraq barəsində həbs-qətimkan tədbiri seçilmiş şəxslərdən dördünün adı
17:18
Təhsil Nazirliyi qarşında keçirilən razılaşdırılmamış aksiyada saxlanılaraq barəsində həbs-qətimkan tədbiri seçilmiş şəxslərdən dördünün adı


Mayın 6-da bir qrup dindarın Təhsil Nazirliyinin binasının qarşında keçirdiyi qanunsuz aksiya zamanı saxlanılan şəxslərdən beşi barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bu barədə APA-ya vəkil Dilqəm Ağayev məlumat verib. Dilqəm Ağayev həmin şəxslərin Bakı İstintaq Təcridxanasında saxlanıldığını deyib: "Onlardan mənim müdafiə etdiyim İsmayılov Tərlan Balakişi oğlu, Orucov Şirxan, Araz və Taleh adlı şəxslərin adı bizə məlumdur. Hər biri adi vətəndaşdır. Bu işlə bağlı istintaq qrupu yaradılıb və istintaqı beş müstəntiq aparır. Hələlik konkret ittiham aktı hazır olmadığına görə, saxlanılan şəxslər barədə ətraflı məlumatım yoxdur”.

Qeyd edək ki, həmin gün qanunsuz aksiya keçirməyə cəhd edən, ictimai qaydanı pozan hərəkətlərə yol verən və polisin qanuni tələbinə tabe olmadan müqavimət göstərən 65 nəfər saxlanılıb. Onlardan 5 nəfəri Cinayət Məcəlləsinin 221.2-ci və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət məsuliyyətinə cəlb ediliblər. Saxlanılan şəxslərdən 38 nəfəri xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb, 22 nəfər barəsində isə toplanmış materiallar aidiyyəti üzrə rayon məhkəmələrinə göndərilib. Faktla bağlı Bakı Şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 221.2.1 (bir qrup şəxs tərəfindən xuliqanlıq) və 221.2.2-ci (ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) maddələri ilə cinayət işi başlanıb. İstintaq Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən aparılır.
Просмотров: 249 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Май 2011  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031