Суббота, 04.05.2024, 08:21
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Июнь » 19 » Sünnət xəstəlik riskini azaldir?
07:55
Sünnət xəstəlik riskini azaldir?
Sünnətin tarixi çox qədim zamanlara gedib çıxsa da bu haqda tam məlumat mövcud deyil.

Qədim zamanlarda sünnət, insanların həyatını ölümdən qurtarmaq məqsədilə ayin zamanı həyata keçirilirdi. İnsanların düşüncələrinə görə, insanın ölməməsi üçün onun kiçik bir hissəsi kəsilib, atılaraq qurban edilirdi. Hələ qədim dövrlərdə kolxlar, finikiyalılar, misirlilər, hammonlar, edomilər və moavilərdə sünnət tətbiq edilirdi. O zamanlarda sünnət həyata keçirildikdən sonra oğlanlara evlənmək haqqının verildiyi hesab olunurdu. Çox maraqlıdır ki, ərəb dilində "hitan" sözü (sünnət) yəhudilərin "xatan" (nişanlı, kürəkən) sözü ilə eyni köklüdür. Bibliyada da sünnətin dini xarakter daşıdığı qeyd edilir. Bəzi xalqlarda sünnət 10-17 yaşlarında tətbiq olunur ki, bu da yeniyetməlik dövrünə təsadüf edir.

Sünnət zamanı uşaq bir başqasının qucağında oturdulur. Bizdə bu şəxsə "kirvə” deyirlər.

Deyilənə görə, sünnət "kişilik” rəmzi sayılırmış, hətda bir vaxtlar var idi ki, sünnət olunmayan kişiyə qız da vermirdilər. Bəzi türk və Azərbaycan filmlərində də bu, dönə-dönə qeyd olunur.

Həkim, yoxsa dəllək?

Bir zamanlar çox yerlərdə sünnət edən xüsusi adamlar olurdu. El arasında onlara "dəllək” deyirdilər. Bu dəlləklərin işini hamı bəyənir, onlara böyük hörmət olurdu. Bakının bir çox qəsəbələrində belə dəlləklər fəaliyyət göstərirdi. Heç kəs onların bu əməliyyatı necə və hansı alətlərlə həyata keçirməsi ilə maraqlanmırdı. Zaman keçdikcə, yoluxucu, infeksion xəstəliklərin artması insanlarda şübhə doğururdu. Və beləliklə də dəlləklərin bazarı ölməyə başladı...

İndi paytaxtın bütün küçələrində "ağrısız, lazerlə, qısa zamanda sünnət” başlıqlı elanlara rast gəlmək mümkündür. Elm inkişaf etdikcə, sünnət "texnologiyası” da dəyişir. Hazırda insanların böyük əksəriyyəti bu əməliyyatı həkimlərin keçirməsinə üstünlük verir.

Hansı yaşda sünnət olmalı?

Cərrah Adil Quliyev sünnətin kişiləri bir sıra xəstəliklərdən qoruduğunu bildirir. Onun fikrincə, bu əməliyyat sidik kanalını infeksiyalardan qoruyur. Sünnət cinsi xəstəliklərin, cinsiyyət orqanı xərçənginin, iltihablanmanın qarşısını alır. Hətta sünnət SPİD-ə tutulma riskini də azaldır. Həkimin sözlərinə görə, uşaqların yaraları daha tez sağaldığından bu əməliyyat uşaqlarda 1 yaşına kimi aparılarsa, daha yaxşı olar.

"Uşaq yeni doğulan zaman əməliyyat edildiyində, əməliyyat rahat və tez başa çatır. Bu zaman uşaq psixoloji zədə də almır. Amma uşaqlarda sidik yerinin normal forma alması 7 yaşından sonra baş verir. Bu səbəbdən çox zaman uşaqları 7 yaşdan sonra sünnət etdirmək məsləhət görülür,” deyən həkim onun yanına 35 yaşında da insanların gəldiyini bildirir. Həkim onu da bildirdi ki, yaş artdıqca bu əməliyyat daha da ağrılı keçir. Sünnət əməliyyatı ən uzunu 20 dəqiqəyə başa çatır.

Onu da deyək ki, sünnət dəlləklər tərəfindən deyil, uşaq cərrahları və ya uroloqlar tərəfindən edilməlidir. Əks təqdirdə, müxtəlif fəsadlar baş verə bilər. "Dərinin çox kəsilməsi nəticəsində, qanaxma, forma pozuntusu, sidik yolunun zədələnməsi və başqa qalıcı şikəstliklər yarana bilər”. Həkim onu da qeyd etdi ki, sünnətdən sonra yara 3 həftəyə tam sağalır.

Məhəmməd sünnəti, yoxsa xəstəlik?!

Bəzi uşaqlar anadangəlmə sünnətli doğulurlar. Onlara el arasında "Məhəmməd sünnəti" də deyirlər. Deyilənə görə, bu uşaqlar Allah tərəfindən seçilmiş olurlar. A. Quliyevin sözlərinə görə, bu uşaqlar hipospadias çatışmamazlığı ilə dünyaya gəldiyi üçün problem, həkim tərəfindən əməliyyat yolu ilə aradan qaldırılmalıdır. Bu uşaqları təkrar sünnət etmək qətiyyən olmaz.

Psixoloji zədə...

Psixoloqların fikrincə, sünnət əməliyyatı lap kiçik yaşlarında keçirilsə, daha yaxşı olar. Belə ki, kiçik yaşlarında keçirilən sünnət əməliyyatları uşaqları psixoloji zədələmir.

"3-4 yaşından sonra uşaqlarda şəxsiyyəti tanıma davranışı yaranır. Onlar özlərini tanımağa başlayırlar. Uşaqların bu və daha böyük yaşlarda sünnət etdirilməsi onları psixoloji yaralaya bilər. Bu səbəbdən məsləhət görərdim ki, uşaqlar daha kiçik yaşlarında sünnət olunsunlar. Əks təqdirdə sünnətdən sonra uşaqlarda yuxu və əsəb pozgunluğu, özünə qapılma yarana bilər,” deyə psixoloq Aydın Əfəndiyev bildirir. Həkim bunun qarşısını almaq üçün ən yaxşı halda uşaqları daha kiçik yaşda ikən sünnət etdirməyi məsləhət gördü.

Qız sünnəti...

Bəli, nə qədər qəribə səslənsə də dünyanın 30-dan artıq ölkəsində, əsasən də Afrika ölkələrində qız sünnəti mövcuddur.

Nədir qız sünnəti? Qız sünnəti heç bir həkim müdaxiləsi olmadan, qadın cinsiyyət orqanına neştərli müdaxilə deməkdir. 2008-ci ilin statistikasına görə, 140 milyon qız bu əməliyyata məruz qalıb. Əsasən, Afrika ölkələrində, Sudanda, Misirdə, Somalidə, Malidə, qadınların 80 faizi məcburi surətdə bu əməliyyata məruz qalıb. Səudiyyə Ərəbistanında və İndoneziyada da bu işgəncə qadınlara verilir.

Qız sünnəti ilk dəfə XV əsrdə qədim İnk İmperiyası zamanı həyata keçirilib. İnklərin paytaxtı Kuskoda Amarukançın məbədi yerləşirdi. İtalyan keşiş Xuan Anello Olivye yazırdı ki, burada əqrəbi udan əjdaha-ilan forması yerləşdirilmişdi. İnklərin inancına görə, əjdaha Yaradanın gücünü, əqrəb isə qadın ünsürünü özündə əks etdirir. Bu səbəbdən inklər qızları sünnət etməklə bu əqrəbi məhv etdilkərini düşünürlərmiş. Afrika ölkələrində isə, qadın hisslərinin məhv edilməsi məqsədilə bu əməliyyat həyata keçirilirdi.
Böyük Britaniyada qız sünnəti rəsmi surətdə 1985-ci ildə qadağan olunsa da  bəzi Afrika mənşəli tayfalarda bu əməliyyat hələ də həyata keçirilir. Misirdə isə bu, həkim müdaxiləsinə ehtiyac olduğu halda belə, 1997-ci ildə qadağan edilisə də bəzi həkimlər bu qanuna məhəl qoymadan bu tip əməliyyatlar həyata keçirirlər. 5 aprel 2007 ci ildə isə Eritreya dövlətində qadın sünnətinə qadağa qoyulub.

Ginekoloq Xoşqədəm İbadova bildirir ki, qadın cinsiyyət orqanlarında hər hansı bir hissənin kəsilməsi, qadının ehtiras hissinin itirilməsi, doğuş qabiliyyətinin zəifləməsi ilə yanaşı, onların psixikasına da ciddi zədə vurur.

"Mən qadın sünnəti haqqında eşitmişəm. Bu, əsasən Afrika ölkələrində olan bir adətdir. Bildiyimə görə, onlar qadınların ərə gedənə qədər cinsi əlaqədə olmaması üçün bu ayini həyata keçirirlər. Bu, sadəcə vəhşilikdir və qadın orqanizmində xərçəng xəstəliyinin yaranmasına səbəb ola bilər”.

İradə Azad
Milli.Az
Просмотров: 280 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Июнь 2011  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
27282930