Вторник, 30.04.2024, 09:10
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Май » 17 » Şeyxin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistana səfər edib
18:47
Şeyxin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistana səfər edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti bu gün Özbəkistan Respublikasına səfərə yola düşüb.

QMİ-nin mətbuat xidmətindən Gün.Az-a verilən məlumata görə, nümayəndə heyətinə Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri – Qafqaz müftiləri daxildir.

21 maya kimi davam edəcək səfərdə məqsəd Özbəkistanda mədrəsə və ali dini təhsil almış Qafqaz din xadimlərinin vaxtilə oxuduqları təhsil ocaqlarına baş çəkmək, habelə Özbəkistan dövlətinə və xalqına səmimi minnətdarlıq yetirməkdir.

Səfər zamanı şeyxülislam Allahşükür Paşazadə və Qafqaz müftiləri Buxaradakı Mir-Ərəb mədrəsəsində, Daşkənd İslam Universitetində olacaq, tələbələrlə görüş keçirəcəklər. Qafqazın din xadimləri ateizm illərində dini maarif çırağını sönməyə qoymamış Özbəkistanın ali dini təhsil müəssisələrində onlara İslamın müqəddəs dəyərlərini aşılamış, amma hazırda vəfat etmiş müəllimlərinin ruhunu da yad edəcəklər.

Xatirə səfəri xarakteri daşıyan ziyarət zamanı Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri Daşkənd, Buxara və Səmərqəndi ziyarət edəcək, özbək torpağının tarixi, dini məkanlarına baş çəkəcəklər. QMİ sədrinin başçılıq etdiyi nümayəndə heyətini Özbəkistanda dövlət rəsmilərinin qəbul edəcəyi gözlənilir.

Просмотров: 277 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Май 2011  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031