Суббота, 04.05.2024, 06:21
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Июнь » 19 » Şəkidə hərbi qulluqçu özünü asdı
15:28
Şəkidə hərbi qulluqçu özünü asdı


Mərhumun 2 uşaq atası olduğu bildirilir

ANS PRESS-in verdiyi xəbərə görə, bu gün səhər saatlarında Şəki şəhərində intihar hadisəsi baş verib. Şəki şəhər Prokurorluğunun müstəntiqi Təbriz Qurbanovun verdiyi məlumata görə, 2 uşaq atası 1983-cü il təvəllüdlü hərbçi Anar Məhərrəmov özünü yaşadığı evin həyətindən asıb.

"Bizə bu barədə səhər məlumat verilib. Anar Məhərrəmov N saylı hərbi hissədə xidmət aparırdı, hərbi qulluqçu idi. İntiharın səbəbləri araşdırılır. Mərhum evlidir və 2 azyaşlı uşağı var”, - deyə Təbriz Qurbanov qeyd edib.

O bildirib ki, faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsilə cinayət işi açılıb, istintaq gedir.
Просмотров: 252 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Июнь 2011  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
27282930