Вторник, 30.04.2024, 03:32
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Май » 17 » Qonşusunu bıçaqlayan Qusar sakininin məhkəməsi başladı
18:44
Qonşusunu bıçaqlayan Qusar sakininin məhkəməsi başladı


Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu bıçaqlayan idmançının məhkəməsi başlayıb.

Gün.Az xəbər verir ki, ittihama görə, Qusar rayonunun Tolstoy küçəsi, 25 ünvanda yaşayan, əvvəllər Rusiyada cinayət törətdiyi üçün məhkum edilmiş 32 yaşlı Eyvaz Əlipolad oğlu Nağıyev Cəfər Cabbarlı küçəsində yerləşən 5 nömrəli məktəbin qarşısında qonşusu Araz Pirəhməd oğlu Pirəhmədovu bıçaqlayıb.

Dərhal Qusar rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə çatdırılan Araz Pirəhmədovun həyatını xilas etmək mümkün olub. Eyvaz Nağıyev cinayət məcəlləsinin qəsdən adam öldürməyə cəhd maddəsi ilə təqsirləndirilir. Məhkəmə hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilir.

Qeyd edək ki, təqsirləndirilən şəxs idmanın güləş növü ilə məşğul olub. Zərərçəkən isə Qusar rayonunda yerləşən orta məktəbdə müəllim işləyib. Hadisəyə səbəb şəxsi münasibətlər olub.
Просмотров: 302 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Май 2011  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031