Вторник, 30.04.2024, 06:34
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Май » 31 » Prokuror Lənkəranda məscidin qarşısında kütləvi dava təşkil etməkdə, qəsdən adam öldürməkdə təqsirləndirilən dəstə üzvlərinə cəza istəyib
20:10
Prokuror Lənkəranda məscidin qarşısında kütləvi dava təşkil etməkdə, qəsdən adam öldürməkdə təqsirləndirilən dəstə üzvlərinə cəza istəyib


Bu gün Lən
kəran şəhər Məhkəməsində məscidin qarşısında kütləvi dava təşkil etməkdə və qəsdən adam öldürmədə təqsirləndirilən 10 nəfərdən ibarət dəstənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxslər - Nəzər Sadıqov, Elvin Mirzəyevin 15 il, Həsən Adamzadənin 14 il 6 ay, Arif Feyzullayevin 14 il, Məlikağa Məlikli, Sadiq Həsənov, Orxan Dəyyazov, Miri Miriyevin 6 il, Emil Bayramovun 5 il 6 ay, Ramin Hümbətovun isə 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.


Proses iyu
nun 16-da davam etdiriləcək.

Qeyd edək ki, məlum hadisə ötən il sentyabrın 3-də saat 00.15 radələrində Lənkəran rayonunun Qumbaşı kəndi ərazisində qeydə alınıb. Masallı rayonu istiqamətindən bir neçə minik maşınında gələn silahlı şəxslər Qumbaşı kənd məscidinin qarşısına toplaşmış yerli sakinlərə "Vinçester” markalı silahdan atəş açıblar. Atəş nəticəsində kənd sakini, 1969-cu il təvəllüdlü Elşən Əliməmməd oğlu Hüseynov qətlə yetirilib. Digər kənd sakini, 1985-ci il təvəllüdlü Ramin Baloğlan oğlu Ağamalıyev isə döş qəfəsindən aldığı güllə yarası ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib.
Prosesdə ifadə verən təqsirləndirilən şəxslər özlərini elan olunmuş ittiham üzrə təqsirli bildiklərini deyiblər. Onlar hadisənin təsadüf nəticəsində baş verdiyini bildiriblər. Təqsirləndirilən şəxslər ifadələrində göstəriblər ki, hadisə yerinə Qumbaşıdan olan bir neçə nəfərlə aralarında olan münaqişəyə aydınlıq gətirmək üçün gəliblər. Lakin zərərçəkmiş şəxslərin məsələyə müdaxiləsi hadisənin baş verməsinə səbəb olub. Münaqişəyə səbəb isə Qumbaşıdan olan bir neçə şəxsin təqsirləndirilən şəxslərin yaşadıqları ərazidə avtomobili yüksək sürətlə sürməsi və dava salmaları göstərilib.
Просмотров: 263 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Май 2011  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031