Вторник, 30.04.2024, 04:32
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Май » 13 » Pensiyalarla bağlı dəyişikliklər iyulun 1-dən qüvvəyə minəcək
18:28
Pensiyalarla bağlı dəyişikliklər iyulun 1-dən qüvvəyə minəcək


Ötən ilin yanvar ayının 1-dək pensiyaya çıxan şəxslərin pensiya məbləğinin orta hesabla 40 faiz artırılmasını nəzərdə tutan "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklər iyulun 1-dən qüvvəyə minəcək. Bu barədə jurnalistlərə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov məlumat verib.

S. Müslümov bildirib ki, qanun layihəsinə mayın 17-də parlamentin plenar iclasında baxılacaq: "Təkrar hesablama nəticəsində staj 1,94-ə vurulacaq və alınan rəqəmə 85 manat məbləğində baza pensiyası əlavə olunacaq: 1,94 göstəricisi hesablanan zaman 2006-cı ildən 2010-cu ilədək istehlak qiymətlərinin dəyişməsi nəzərə alınıb. 2006-cı ildə Azərbaycanda inflyasiya 8,3 faiz, 2007-ci ildə 16,7 faiz, 2008-ci ildə 20,8 faiz, 2009-cu ildə 1,5 faiz, 2010-cu ildə isə 5,7 faiz təşkil edib".

DSMF sədri bu dəyişikliklərin bütün kateqoriyalı pensiyaçılara aid olduğunu deyib. O, qeyd edib ki, ilkin hesablamalara görə, orta hesabla 845 min nəfərin pensiyası artacaq: "Bu artımların maliyyələşdirilməsi üçün bir il ərzində təqribən 390 milyon manat vəsait tələb olunacaq”.

DSMF sədrinin sözlərinə görə, hesablama nəticəsində pensiyanın eyni məbləği bundan əvvəlkindən aşağı olsa, əvvəlki məbləğ saxlanılacaq.

Xatırladaq ki, mayın 11-də parlamentin Sosial siyasət komitəsinin iclasında "Əmək pensiyaları haqqında" qanun layihəsinə əlavə və dəyişikliklərlə bağlı müzakirə aparılıb.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, bu pensiyalar pensiyaçıların əmək stajı nəzərə alınmaqla təkrar hesablanacaq. Bu halda əmək stajının hər ili üçün 1,93 manatlıq əmsal tətbiq olunacaq. Hasil olunan məbləğ minimal pensiyaya əlavə olunacaq. Hazırda ölkədə pensiyaçıların ümumi sayı 1,290 milyon nəfərə çatır.
Просмотров: 264 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Май 2011  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031