Вторник, 30.04.2024, 05:58
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Май » 17 » Ölümlə nəticələnən yol qəzası törədən şəxsə hökm oxundu
18:50
Ölümlə nəticələnən yol qəzası törədən şəxsə hökm oxundu


Lənkəran Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümü, iki nəfərin yaralanmasında təqsirli bilinən şəxsə hökm oxunub.

Gün.Az-ın məlumatına görə, məhkəmə Cəlilabad rayon sakini Elşən Oqtay oğlu Poladovu ölümlə nəticələnən qol qəzası törətməkdə təqsirli bilərək 5 il müddətinə azadlıqdan məhrum edib. Yol Qəzası 2010-cu il avqustun 24-də Ələt-Astara yolunun 52-ci kilometrliyində baş verib. Poladovun idarə etdiyi "KamAZ” markalı yük avtomobili Salyan sakini Rəşad Müğdət oğlu Quliyevin idarə etdiyi "VAZ-2107” markalı avtomobil ilə toqquşub.

Nəticədə "VAZ-2107”in sürücüsü və sərnişini Vaqif Ələsgər oğlu Qəhrəmanov hadisə yerindəcə keçinib. Digər iki sərnişin ağır yaralanıb.

Araşdırmalar zamanı, qəzaya Elşən Poladovun səbəbkar olması sübuta yetirilib. O Cinayət Məcəlləsinin 263.3-cü "Yol qəzası zamanı ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olma” maddəsi ilə ittiham olunub.
Просмотров: 265 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Май 2011  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031