Вторник, 30.04.2024, 04:56
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Май » 4 » “Ölkənin inkişafında İKT və mobil rabitənin rolu” mövzusunda müsabiqə keçirilir
15:34
“Ölkənin inkişafında İKT və mobil rabitənin rolu” mövzusunda müsabiqə keçirilir
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin iştirakı, «Azerfon» şirkətinin dəstəyi, «Yeni Nəsil» Jurnalistlər Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin təşkilatçılığı ilə «Ölkənin inkişafında İKT və mobil rabitənin rolu» mövzusunda jurnalistlər üçün müsabiqəyə start verilib.
Müsabiqə «İKT-Media dialoqu» platforması çərçivəsində keçirilir. Müsabiqənin məqsədi İKT, xüsusən də mobil rabitə sahəsində əhalinin maarifləndirməsi, İKT sektorunda yeni inkişaf imkanlarının araşdırılması, həmçinin medianın texniki və iqtisadi dayaqlarının möhkəmləndirilməsinə yardım göstərməkdir.
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr edilmiş müsabiqədə çap və elektron media nümayəndələri iştirak edə bilər. Mayın 5-dən start verilən müsabiqə 1 ay müddətində davam edəcək. Müsabiqənin mövzuları «Mobil rabitə sahəsində yeni imkanlar», «Mobil rabitə xərclərinə necə qənaət etməli», «Mobil rabitədə şəffaflıq», «Nömrə daşınması layihəsi - müştərilər üçün üstünlüklər», «Medianın inkişafında mobil rabitədən istifadə», «İnternetə çıxışın genişlənməsində mobil rabitənin rolu», «Sosial inkişaf üçün mobil rabitədən istifadə», «Azərbaycanda İKT sahəsinin inkişafında mobil rabitənin rolu» və «Rouminq mobil rabitənin əsas xassələrindən biri kimi» ibarətdir.
Müsabiqənin qalibləri Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, «Azerfon» şirkəti, «Yeni Nəsil» Jurnalistlər Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin nümayəndələrindən ibarət ekspertlər komissiyası tərəfindən müəyyən olunacaq.

Materiallar (məqalələr, TV/radio materiallar, fotoreportajlar və s.) yn@yeninesil.az və corpcom@azerfon.az e-mail ünvanlarına, həmçinin Bakı şəhəri, Neftçilər prospekti, 145/5 ünvanında yerləşən «Yeni Nəsil» Jurnalistlər Birliyinə təqdim edilməlidir.

Müsabiqə nəticəsində 5 qalib seçiləcək (1-ci yer - 1 nəfər, 2-ci yer - 2 nəfər, 3-cü yer - 2 nəfər) və 5 xüsusi mükafat veriləcək. Müsabiqədə 1-ci yerin qalibi 500 manat, 2-ci yerin qalibi 300 manat, 3-cü yerin qalibi - 200 manat məbləğində mükafat alacaq. Xüsusi mükafatların məbləği isə 100 manat təşkil edəcək.
Просмотров: 257 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Май 2011  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031