Суббота, 04.05.2024, 04:50
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Июнь » 15 » Narkotik aludəçisi olan Lənkəran sakini saxlanılıb
07:32
Narkotik aludəçisi olan Lənkəran sakini saxlanılıb

Lənkəranda narkotik aludəçisi olan şəhər sakini saxlanılıb. Bu barədə məlumatı APA-nın Cənub bürosuna Lənkəran Şəhər Polis Şöbəsinin (ŞPŞ) baş müstəntiqi Rövşən Rəşidov verib. Onun sözlərinə görə, Lənkəran ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, 1973-cü il təvəllüdlü Rahim Əlimməmməd oğlu Dadaşov şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış keçirilərkən cibindən 0,3 qram narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.
Müstəntiqin sözlərinə görə, əvvəllər fərariliyə görə məhkum olunan R.Dadaşov narkotik aludəçisidir və üzərində tapılmış heroini istifadə etmək üçün tanımadığı şəxsdən alıb. Saxlanılan şəxsin ailə üzvləri də onun hərəkətlərindən bezdiklərini, narkotik vasitə əldə etmək məqsədilə evdəki əşyaların çoxunu satdığını bildiriblər.
Faktla bağlı Lənkəran ŞPŞ-də Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Просмотров: 281 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Июнь 2011  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
27282930