Вторник, 30.04.2024, 09:23
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Май » 9 » Masallının daha bir kəndində mavi qazın verilişi bərpa olunub
09:34
Masallının daha bir kəndində mavi qazın verilişi bərpa olunub


İyirmi illik fasilədən sonra Masallı rayonunun Səmidxan kəndinə mavi qazın verilişi bərpa olunub. APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilən toplantıda Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış edərək əlamətdar hadisə münasibətilə kənd sakinlərinə təbrikini çatdırıb. İcra başçısı  20 illik fasilədən sonra bu yaşayış məntəqəsinə qazın verilişini ölkə rəhbərliyinin regionlara diqqəti kimi dəyərləndirərək, bu sahədə işlərin davam etdiriləcəyini bildirib.

        Toplantıda kənd sakinlərindən  İmanqulu Məmmədov, Həzrətqulu Həsənov, Mirqurban Kərimov və başqaları söz alaraq onların sosial-rifah halının yaxşılaşdırılması, məişət problemlərinin həlli üçün zəhmət çəkmiş bütün insanlara – "Azəriqaz” İstehsalat Birliyinin işçilərinə, o cümlədən  ölkə və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər.

 

Просмотров: 278 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Май 2011  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031