Суббота, 04.05.2024, 02:24
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Июнь » 20 » Masallıda yol qəzasında üç nəfər ölüb
07:51
Masallıda yol qəzasında üç nəfər ölüb

Azərbaycanın Masallı rayonunda ölümlə nəticələnən dəhşətli yol qəzası baş verib.


APA-nın Cənub bürosunun məlumatına görə, hadisə iyunun 19-da saat 21.30 radələrində Ələt-Astara magistralının 166-cı kilometrliyində - Masallıdakı Olimpiya İdman Kompleksinin yaxınlığından keçən ərazidə qeydə alınıb. Masallı rayonunun Hüseynhacılı kənd sakini, 1970-ci il təvəllüdlü Etibar Məmməd oğlu Mirzəyevin idarə etdiyi "Mersedes” markalı, 10 BC 656 dövlət nömrə nişanlı avtomobil İran İslam Respublikasının vətəndaşı olan Sahil adlı şəxsin idarə etdiyi 20 A 84910 nömrə nişanlı ağır tonajlı yük maşını ilə toqquşub.
Nəticədə "Mersedes”in sürücüsü və avtomobildəki sərnişinlər – Masallının Hüseynhacılı kənd sakinləri, 1970-ci il təvəllüdlü Cəmilağa Əliağa oğlu Talıbov və 1976-cı il təvəllüdlü Radət Rəcəb oğlu Qəmbərov hadisə yerindəcə dünyasını dəyişiblər. Toqquşma nəticəsində "Mersedes” ağır tonajlı yük maşınının altına girdiyindən meyitləri Fövqəladə Hallar Nazirliyinin Cənub Regional İdarəsinin xilasedicilərinin köməyi ilə avtomobildən çıxarmaq mümkün olub. İlkin versiya kimi hadisəyə "Mersedes”in sürət həddini aşmasının səbəb olduğu bildirilir.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq-təhqiqat şöbəsində araşdırmalara başlanıb.
Просмотров: 242 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Июнь 2011  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
27282930